Azad edilmiş ərazilərdə TV-radio yayımının təşkili müzakirə edildi

Azad edilmiş ərazilərdə TV-radio yayımının təşkili müzakirə edildiAzərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar İşçi Qrupunun növbəti iclası keçirilib.
Azxeber.com APA-ya istinadən xəbər verir ki, İşçi Qrupa daxil olan aidiyyəti dövlət qurumlarının, eləcə də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının nümayəndələrinin iştirak etdiyi iclasda işğaldan azad edilmiş ərazilərdə nəqliyyat və rabitə infrastrukturunun bərpası məqsədilə cari il ərzində yerinə yetirilən işlər, hazırda icrası davam edən layihələr, o cümlədən dəmir və avtomobil yollarının, hava limanlarının tikintisi üzrə görülən işlər, mövcud tələbata uyğun olaraq telekommunikasiya şəbəkələrinin qurulması və rabitə xidmətlərinin təşkili üzrə layihələrin icra vəziyyəti barədə aidiyyəti qurumlar tərəfindən ətraflı məlumatlar verilib.
İşğaldan azad edilmiş ərazilərə əhalinin qayıdışı, dayanıqlı məskunlaşma və iqtisadi fəaliyyətə reinteqrasiya prioritetlərinin icrasında nəqliyyat infrastrukturunun xüsusi əhəmiyyəti nəzərə alınaraq, işğaldan azad edilmiş ərazilərdə inşa olunacaq nəqliyyat infrastrukturunun vahid planı barədə iclas iştirakçılarına geniş məlumat verilib və plan ətrafında müzakirələr aparılıb.
İcra edilən layihələrin prioritetliyi müəyyən edilməklə tikinti və bərpa işləri aparılacaq ərazilərin minalardan təmizlənməsi, bölgədə telekommunikasiya şəbəkələrinin qurulması, o cümlədən radio-televiziya yayımının təşkili, rayonlararası magistral fiber-optik xətlərin çəkilməsi, xüsusi rabitə xidmətlərinin təşkili, mobil rabitə xidmətlərinin göstərilməsi və əhatə dairəsinin genişləndirilməsi, tələbata uyğun olaraq daxili rabitə şəbəkələrinin layihələndirilməsi və qurulması məsələləri üzrə müzakirələr aparılıb, layihələrin icrası ilə bağlı təkliflər və aidiyyəti üzrə tapşırıqlar verilib.
Bununla yanaşı, nəqliyyat və rabitə infrastrukturunun bərpası üzrə bütün qurumlar tərəfindən görülən işlərin İşçi Qrup vasitəsilə İdarələrarası Mərkəzlə əlaqələndirilməklə icra edilməsinin, eləcə də hazırda icra edilən və planlaşdırılan infrastruktur layihələrinin Qarabağ Rəqəmsal Geoİnformasiya Sisteminə işlənməsi və mütəmadi olaraq yenilənməsinin vacibliyi vurğulanıb.

Sosial       Tarix: 29 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən son vəziyyət havanın temperaturu en son xeber valyuta