"AZAL-a məxsus təyyarənin qəzaya uğraması bizim hər birimizi dərindən sarsıtdı'- Deputat

"AZAL-a məxsus təyyarənin qəzaya uğraması bizim hər birimizi dərindən sarsıtdı. Ekipaj üzvləri təyyarəni xilas etmək üçün əllərindən gələni etmişdilər. Əlbəttə onların bu qəhrəmanlığı cənab prezident İlham Əliyev tərəfindən ən yüksək səviyyədə qiymətləndirildi. Prezidentin sərəncamı ilə dünyasını dəyişən 3 ekipaj üzvünə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı, digər ikisinə isə 1-ci dərəcəli Rəşadət ordeni verildi. Hadisənin dəqiq araşdırılması və səbəbkarların tapılaraq cəzalandırılması, həmçinin digər qaranlıq məqamların üzə çıxması istiqamətində Cənab Prezidentin qətiyyəti bunu deməyə əsas verir ki, məsələni ört-basdır etmək istəyən xarici qüvvələr buna nail ola bilməyəcəklər".
Bunu açıqlamasında deputat Vüqar İskəndərov deyib.
"Bizi təəssüfləndirən digər məqam isə qonşu dövlət və strateji müttəfiq hesab etdiyimiz Rusiyadan gələn açıqlamalar oldu. Günahı boynuna almaq əvəzində verilən absurd açıqlamalar müttəfiqliyimiz üzərinə kölgə salır. Hələlik "qara qutu" tam açılmasa da artıq ilkin versiyalar mövcuddur.  Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisində, Qroznı şəhərinin yaxınlığında xaricdən zədə alaraq idarəetməni itirib. Həmçinin təyyarəmiz radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınıb. Eyni zamanda, yerdən açılan atəş nəticəsində təyyarənin quyruq hissəsi də böyük dərəcədə zədələnmişdir. Cənab Prezidentin də qeyd etdiyi kimi bizi təəssüfləndirən və təəccübləndirən məqamlardan biri də o idi ki, Rusiyanın rəsmi qurumları hansısa qaz balonunun partlaması ilə bağlı versiyalar irəli sürürdü. Yəni, bu, açıq-aydın göstərirdi ki, Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir. Biz bunu terror hadisəsi kimi qələmə vermirik. Ola bilər ki, bu bilərəkdən atılan addım olmayıb. Ancaq öz günahını etiraf etmək, dost ölkə sayılan Azərbaycandan vaxtında üzr istəmək və bunu ictimaiyyətə bildirmək görüləsi tədbirlər idi və atılası addımlar idi. Əfsuslar olsun ki, birinci üç gün ərzində Rusiyadan cəfəng versiyalar gəldi. Ancaq Azərbaycanın qətiyyəti və pilotlarımızın qəhrəmanlıq edərək təyyarəni Aktauya endirməsi cəfəng versiyaların üstündən xətt çəkdi". 
Deputat qeyd edib ki, hadisənin baş verməsindən sonra Prezident İlham Əliyevin Rusiyadan tələbləri tam reallığı əks etdirir. "Əvvəla Rusiya ərazisində olduğu üçün Rusiya Azərbaycandan üzr istəməli idi ki, bu artıq baş verdi.  Digər məsələ isə günahını etiraf etməlidir. Absurd variantlarla ört-basdır işləri aparılmamalıdır. Hadisəni törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidir. Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Əslində burada hər hansı bir fövqəladə tələb, yaxud da ki, məsələ yoxdur və bu, beynəlxalq təcrübəyə və normal insani davranışa əsaslanır. Bu baxımdan "qara qutu"nun açılması və hadisənin tam olaraq aydınlaşdırılması bizə imkan verəcək ki, bütün qaranlıq məqamları açığa çıxaraq. Bu hadisədə də Prezident İlham Əliyevin qətiyyəti bir daha göstərdi ki, qarşımızda hansı dövlətin olmasından asılı olmayaraq Azərbaycan öz haqqını tələb etməyi  və vətəndaşlarının hüquqlarnı qorumağı bacarır". / azxeber.com

Siyasi       Tarix: 30 dekabr 2024
f Paylaş

Oxşar xəbərlər

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi

İranın Ermənistandakı səfirliyinin rəsmi sosial media hesabında İrəvanın Göy məscidi haqqında videomaterial yayımlanıb. xəbər verir ki, paylaşımda tarixi faktlar birtərəfli və təhrif olunmuş şəkildə çatdırılıb. Göy məscidi

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola

Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı

AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb

Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib. Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Aparatını


azerbaycan xeberleri son xeberler yeni xeberler en yeni xeberler sou xeberler sosial yardim bu gune olan xeberler