AZAL-ın təyyarəsi Rusiya HHM tərəfindən vurulub, mülki təyyarəni vurmaq əmrini kim verib?

AZAL-ın təyyarəsi Rusiya HHM tərəfindən vurulub, mülki təyyarəni vurmaq əmrini kim verib?Ötən il dekabrın 25-də Aktau yaxınlığında qəzaya uğrayan AZAL-ın Bakıdan Qroznıya uçan sərnişin təyyarəsi birmənalı olaraq Rusiyanın hava hücumundan müdafiə (HHM) sistemi tərəfindən vurulub. Bu gün birgə araşdırmanın əsas suallarından biri budur ki, mülki təyyarəyə atəş açmaq qərarını kim verib və təyyarəni pilotsuz uçuş aparatı ilə necə səhv salmaq olardı?
azxeber.com xəbər verir ki, bunu report-a müsahibəsində Tətbiqi Etnosiyasi Araşdırmalar İnstitutunun direktoru Talqat Kaliyev deyib.
Kaliyev qeyd edib ki, hadisənin özü ilə bağlı araşdırma çox vaxt aparacaq, amma çox yaxında ilkin nəticələr açıqlanacaq. "Azərbaycan və Rusiya tərəfi prosesdə fəal iştirak edirlər. Qazaxıstanın vəzifəsi təhqiqatı koordinasiya etmək və qəzaya uğramış təyyarənin gövdəsinin bütün elementlərinin təhlükəsizliyini təmin etməkdir", - o bildirib.
O xatırladıb ki, Rusiya təyyarənin HHM sistemi ilə vurulmasını inkar etmir. "Təyyarə vurulub, istənmədən olsa belə. Aydındır ki, heç bir bədxah niyyət olmayıb. Sual budur ki, kim mülki təyyarəni PUA-dan ayıra bilməyib və kim sərnişin təyyarəsinə atəş açmaq əmrini verib", - agentliyin mənbəsi bildirib.
"Qazaxıstan Aktau yaxınlığında baş vermiş aviaqəzanın təhqiqatını aparan beynəlxalq dövlət komissiyasının rəhbəri kimi özünü ən peşəkar şəkildə və düzgün formada aparır. Bu, onun qərəzsizliyində və həyata keçirilən bütün fəaliyyətlərin şəffaflığında özünü göstərir", - Kaliyev bildirib.
Politoloq xatırladıb ki, bunun əsas sübutu Qazaxıstanın "qara qutular"ı oxumaq üçün onları qəzaya uğramış "Embraer" təyyarəsini istehsal edən Braziliyaya vermək qərarıdır. Səsyazılarının oxunmasında həm Azərbaycandan, həm də Rusiyadan nümayəndələr iştirak edir.

Siyasi       Tarix: 20 yanvar 2025
f Paylaş

Oxşar xəbərlər

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeber az cəbhədən görüntüleri son xeberler azerbaycan futbol xeberleri