AZAL Qazaxıstanda altıncı istiqaməti-Aktöbəyə ilk reysini həyata keçirib
AZCON Holding şirkətlərindən olan Azərbaycan HavaYolları Qazaxıstanın Aktöbə şəhərini marşrut şəbəkəsinə əlavə edərək bu istiqamətüzrə ilk uçuşunu həyata keçirib. Yeni marşrutun açılması ilə aviaşirkətinQazaxıstanda uçuş həyata keçirdiyi şəhərlərin sayı altıya çatıb.
Bakı–Aktöbə–Bakı istiqamətində müntəzəm reyslər həftədəüç dəfə – bazar ertəsi, çərşənbə və cümə günləri yerinə yetirilir. Birbaşauçuşlar iki ölkə arasında işgüzar əlaqələrin və turizm mübadiləsinininkişafına, eləcə də qarşılıqlı səfərlərin daha rahat təşkilinə imkan yaradır.
Qazaxıstanın qərbində yerləşən Aktöbə ölkənin mühümsənaye və iqtisadi mərkəzlərindən biridir. Zəngin tarixi-mədəni irsi ilə seçilənregion, eyni zamanda özünəməxsus təbiət abidələri ilə də diqqət çəkir. Aktöbəvilayətində məşhur Aktolağay tabaşir dağları, Barxın qumları, Qarğalı suanbarı, eləcə də çoxsaylı tarixi və müqəddəs məkanlar yerləşir. Bu istiqamət həmişgüzar səfərlər edən, həm də Qazaxıstanın qərb bölgəsinin mədəniyyəti, tarixivə təbiəti ilə yaxından tanış olmaq istəyən sərnişinlər üçün əlverişliseçimdir.
Cari ildə Şımkent və Atıraunun ardınca Aktöbəyəuçuşların başlanması milli aviadaşıyıcının Mərkəzi Asiyada marşrut şəbəkəsiningenişləndirilməsi istiqamətində atılan növbəti addımdır. Yeni reyslər, həmçininQazaxıstandan səyahət edən sərnişinlərə Bakı üzərindən aviaşirkətin digər beynəlxalqistiqamətlərinə çıxış imkanı da təqdim edir.
Aviabiletləri Azərbaycan Hava Yollarının rəsmi internet səhifəsi və ya mobiltətbiqi, həmçininaviaşirkətin satış ofisləri və akkreditə olunmuş agentlikləri vasitəsilə əldəetmək mümkündür. / azxeber.com

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib