Azər Türk Bank sahibkar müştərilərin rahatlığı üçün məsafədən xidmətə üstünlük verir

Azər Türk Bank sahibkar müştərilərin rahatlığı üçün məsafədən xidmətə üstünlük verirDövlət bankı Azər Türk Bankın son dövrdə qurduğu ekosistem hüquqi şəxs və fərdi sahibkar olan müştərilərə onlayn qaydada xidmət göstərməyə tam imkan verir.
Azxeber.com xəbər verir ki, müştərinin istənilən bank xidmətini internetdən, mobil əlavədən və digər vasitələrlə məsafədən əldə edə bilməsi üçün Bank tərəfindən hər bir şərait yaradılmışdır.
Belə ki, sahibkar Azər Türk Bankın internet səhifəsinə daxil olub onlayn müraciət göndərməklə fərqli valyutalarda, heç bir ödəniş etmədən müxtəlif növ hesablar açmaq imkanına malikdir.
Bankın "ATB business" internet-bankçılıq xidmətinə qoşulmaqla müştərilər öz hesablarını dünyanın istənilən nöqtəsində, günün istənilən vaxtı izləyə və idarə edə, bank əməliyyatlarının geniş çeşidini banka gəlmədən həyata keçirə bilir. Qeyd edək ki, Azər Türk Bankda hesabı olmayan şəxslər də "ATB Business" internet-bankçılığa qoşula bilərlər. Qeydiyyat zamanı onlayn hesabın açılması barədə həmin şəxsə təklif gəlir. Hesab açıldıqdan sonra qeydiyyat Bank tərəfindən tamamlanır.
Son texnologiyaların tətbiqi sayəsində "ATB Business" xidmətindən istifadə intuitiv şəkildə aparılır, əsasən qayda və təlimatlara müraciət etməyə ehtiyac qalmır.
Bu proqramın birbaşa olaraq müştərilərin şirkət daxili kargüzarlıq sistemlərinə qoşulması (API inteqrasiya) və ödənişlərin məcmu şəkildə imzalanması (təsdiqlənməsi) mümkündür.
Eləcə də "ATB Business Mobile" tətbiqindən istifadə edən müştərilər də əməliyyatları banka gəlmədən, onlayn rejimdə, rahat şəkildə həyata keçirir. Qeyd edək ki, bu tətbiq mütəmadi olaraq yeni imkanlarla zənginləşən, çoxfunksiyalı "ATB Business" internet-bankçılıq xidmətinin mobil versiyasıdır.
Sahibkar müştərilər Bankın E-POS xidmətindən də məmnuniyyətlə istifadə edirlər.
Bankın müştərilərin istifadəsinə verdiyi E-POS xidməti virtual ödəniş qəbulu terminalıdır. Bu xidmət sahibkarın gördüyü iş və ya təqdim etdiyi məhsul müqabilində kartlarla aparılan ödənişlərin onlayn qaydada qəbul edən unikal vasitədir.
E-POS xidmətinə qoşulan sahibkar məhsul və xidmət əldə etmək istəyən müştərilərinə onlayn ödəniş üçün istənilən sayda link (keçid) yaratmaq imkanına malik olur. Alıcı, Bank tərəfindən SMS və ya e-mail vasitəsilə göndərilən linkə daxil olmaqla, istənilən bank kartı ilə ödəməni həyata keçirir. Bütün əməliyyatlar "3D Secure" protokolu ilə qorunur.
Qeyd edək ki, "Elektron ticarət" (E-commerce) xidməti istifadəçiləri avtomatik olaraq E-POS xidmətinə qoşulmuş hesab edilir və hər iki xidmətdən eyni anda faydalana bilərlər.
Bankın xidmət ofislərində ADM terminallar quraşdırılmışdır ki, bu da korporativ müştərilərə, bank əməkdaşları ilə təmasda olmadan, sərbəst
şəkildə hesabları üzərindən nağd məxaric və mədaxil əməliyyatları aparmaq imkanını verir.
Bankın saytında hüquqi şəxslər və fərdi sahibkarlar üçün yaradılmış səhifəsi istifadəçilər tərəfindən məmnunluqla qarşılanıb.
Belə ki, qeyd olunmuş portal üzərindən müştəri sifarişlərinin qəbulu ilə yanaşı, müxtəlif növ sənədlərin elektron şəkildə bir və ya ikitərəfli qaydada imzalanması həyata keçirilir.
Azər Türk Bank klassik bank modelindən uzaqlaşmaq, müasir elektron xidmət şəbəkəsi qurmaq əzmindədir.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı www.atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 3000 945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

İqtisadiyyat       Tarix: 09 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

Birbank-dan "Yığ və qazan" lotereyası: 507 qalib pul mükafatı qazanacaq

Birbank Yığım hesabı olan müştəriləri üçün "Yığ və qazan" lotereyasına start verir. 8 oktyabr 2026-cı il 8 yanvar 2027-ci il tarixlərini əhatə edən lotereya çərçivəsində 3 tiraj üzrə ümumilikdə 507 qalib müəyyə

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR

Bu ilin 22–24 oktyabr tarixlərində Quba Palace Hotel-in nəzdində fəaliyyət göstərən Azərbaycan Milli Qolf Klubunda TURAN CUP silsiləsindən olan növbəti beynəlxalq qolf turniri keçirilib. xəbər verir ki, TURAN CUP 2026 Beynəlxal


son xeberler yeni xeberler azerbaycan xeberleri xabarlar qarabag xeberler bu gun axsam.az xeberler