Azərbaycan 2020-ci ilin sonunda neft və kondensat hasilatını artıracaq - PROQNOZ
Azərbaycan 2020-ci ilin sonunda neft və kondensat hasilatını artıracaq - PROQNOZ
Azərbaycanın 2020-ci ilin sonunda neft və kondensat hasilatını artıracağı proqnozlaşdırılıb.
Oxu.Az-ın ABŞ-ın Enerji İnformasiya Agentliyindən əldə etdiyi məlumata əsasən, Azərbaycanın 2020-ci ilin IV rübündə, yəni, növbəti üç ay ərzində gündəlik neft və kondensat hasilatının orta hesabla 690 min barel olacağı gözlənilir.
Agentliyin hesabatına əsasən, 2020-ci ilin III rübündə bu göstərici orta hesabla 670 min barel olub. Belə ki, növbəti dövrdə Azərbaycanın müvafiq məhsullar üzrə istehsalatı artıracağı gözlənilir.
Qeyd edək ki, 2019-cu ilin IV rübündə Azərbaycanda gündəlik neft və kondensat hasilatı orta hesabla 760 min barel olub. Hazırkı göstərici 2019-cu ilin eyni dövrü ilə müqayisədə nisbətən azdır.
2020-ci ilin ümumi mənzərəsinə nəzər saldıqda isə gündəlik neft və kondensat hasilatı 710 min bareli təşkil edəcək. Bu göstərici 2019-cu ildə orta hesabla 780 min barel olub.
Nigar Məmmədova

Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR