Azərbaycan Avropanın qaz təchizatında mühüm pay sahibi olmaq yolunda addımlayır' - Deputat

Azərbaycan Avropanın qaz təchizatında mühüm pay sahibi olmaq yolunda addımlayır' - Deputat"Ölkəmizin enerji, nəqliyyat və digər sferalarda qazandığı tarixi nailiyyətlər gücümüzə güc qatır. Vaxtilə xəritədə kiçik bir yer tutan bu ölkə bu gün qlobal, dünya əhəmiyyətli layihələr həyata keçirməklə sanki materikin mərkəzinə çevrilib. Bu bir tarixdir ki, 20 il ərzində Azərbaycan ilk dəfə olaraq Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən kəmər təşəbbüsü ilə çıxış etdi və qonşuları ilə birlikdə onu istismara verdi. Bütün bunlar da Prezident İlham Əliyevin uzaqgörən və düşünülmuş siyasətinin nəticəsidir".
Bu sözləri azxeber.com-a açıqlamasında deputat Vüqar İskəndərov deyib. 
Deputatın fikirlərinə görə, İlham Əliyevin Londondakı forumda çıxışı Azərbaycan qazının Avropaya daha çox ixrac edilməsi üçün əlavə imkanlar yaradır:
"Prezident İlham Əliyevin "Avropa Siyasi Birliyi"nin 4-cü Zirvə toplantısı çərçivəsində "Enerji və bağlantı" mövzusunda dəyirmi masada çıxışı zamanı qeyd etdiyi kimi Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi üçün əlavə imkanlar yaranır və bizim Avropaya qaz təchizatımızın 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutulur. Hələ 2 il əvvəlki göstəricilərlə müqayisədə biz rəqəmlərlə müqayisə etsək, bu inkişafı görürük. 2021-ci ildə Avropa qitəsinə bizim qaz təchizatımız ildə 8 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 13 milyard kubmetrə yaxın olacaq. Bu baxımdan Avropa ölkələri ilə tərəfdaşlıq və bu tərəfdaşlığıın yüksələn xətlə inkişafı qarşılıqlı güvən və dostluğun nəticəsidir".
Parlament üzvü bildirib ki, son zamanlar qaz təchizatında yeni tərəfdaşımız meydana çıxıb:
"Azərbaycanın təbii qazını alan səkkiz ölkədən beşi - Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Rumıniya Avropa İttifaqının üzvüdür. İkisi İttifaqa daxil olmaq üçün namizəd ölkədir - Gürcüstan və Serbiya, eləcə də Türkiyə. Son vaxtlar isə yeni daha bir tərəfdaşımız meydana çıxıb. Azərbaycan bir neçə aya Sloveniya bazarına daxil ola biləcək. Artıq bu bir reallıqdır ki, ölkəmizin lazımi resursları və infrastrukturu var, habelə daha da inkişaf etdirilir. Bu baxımdan biz etibarlı tərəfdaş olaraq Avropanın qaz təchizatında mühüm pay sahibi olmaq yolunda addımlayırıq".
Mikayıl Mirzəzadə

Siyasi       Tarix: 23 iyul 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. KONKRET.azxəbər verir ki, təbrik məktubunda deyilir:

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

Dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçidinə zəmin yaradan "ASAN xidmət" bu gün yalnız qabaqcıl milli idarəçilik təcrübəsi deyil, həm də beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək

Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində atdığı addımlar regionda geosiyasi rəqabəti yenidən gündəmə gətirir. Baş nazir Nikol Paşinyanın ölkəsinin 2027–2028-ci illərdə Avropa İttifaqına tamhüquqlu üzvlük üçü

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli İlham Heydər oğlu. Dəyərli qardaşım. Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Siz

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Estoniya Azərbaycanla energetika, təhsil, rəqəmsallaşma və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Tallində iki ölkə arasınd

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli


son xeberler yeni xeberler azerbaycan xeberleri son xəbərlər bugün 2026 xeberler az cəbhədən şad xəbər sonxəbərlər