Azərbaycan Bolqarıstana qaz nəqlini bərpa etdi
Azərbaycan Bolqarıstana qaz nəqlini bərpa edib.
KONKRET.az bildirir ki, bu barədə "Report" Bolqarıstanın təbii qaz tədarükçüsü "Bulgargaz" şirkətinin bəyanatına istinadən xəbər verir.
"Azərbaycanla uzunmüddətli müqavilə əsasında Bolqarıstana qaz tədarükü bazar günü, yanvarın 19-da bərpa edilib", – şirkət yanvarın 20-də bildirib.
Xəbər verdiyimiz kimi, "Bulgargaz" ötən həftə Azərbaycanın texniki səbəblərdən yanvarın 7-dən etibarən Bolqarıstana qaz nəqlini müvəqqəti dayandırdığını açıqlamışdı. Tədarükün yanvarın 11-də bərpa olunacağı bildirilsə də, yanvarın 10-da BP şirkəti "Şahdəniz Alfa" platformasından Səngəçal terminalına kondensatın nəqli üçün nəzərdə tutulmuş boru kəmərində texniki nasazlıq barədə məlumat verib. Problemi mümkün qədər tez həll etmək üçün platformanın fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
Yanvarın 18-də axşam kondensat boru kəmərində yaranmış problem tam aradan qaldırıldıqdan sonra "BP-Azərbaycan" şirkəti "Şahdəniz Alfa" platformasından hasilatı bərpa edib.
"Hazırda "Şahdəniz Alfa" platformasından hasilat və ixrac əməliyyatları tədricən artır və tam gücə çatmaq üçün daha bir neçə gün lazımdır", – "BP-Azerbaijan" qeyd edib.
Qeyd edək ki, platformadan hasilatın dayandırılması Azərbaycan qazının Bolqarıstan və Serbiyaya nəqlinə təsir göstərib.
Bolqarıstanın Azərbaycanla ildə 1 milyard kubmetr həcmində qaz tədarükünə dair uzunmüddətli müqaviləsi var.
Turlar.az [newsid: 0-123300]

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Bu səlahiyyət Daxili İşlər Nazirliyinə həvalə olundu
Bəhlul Mustafazadə yenə əməliyyat olundu
Avropa Liqası: daha 9 oyun baş tutacaq
17 sentyabr - Ümumdünya Pasiyent Təhlükəsizliyi Günüdür
Tələbəni xaric etmək doğru deyil' - Deputat ADMİU-dakı qalmaqaldan danışdı
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
"2 milyonum olsaydı, toyda oxumazdım" - Eldəniz Məmmədov
Ağdamda toyda dava: Xəsarət alan var