Azərbaycan daha bir hiylənin üstünü açdı - Rəsmi Bakıdan SON ADDIM

Azərbaycan daha bir hiylənin üstünü açdı - Rəsmi Bakıdan SON ADDIMXəbər verildiyi kimi, Ukraynanın Avropa Birliyindəki (AB) səfiri Vsevolod Çentsov "Politico"ya müsahibəsində dünya dövlətlərinə Vladimir Putinin Bakıda keçiriləcək COP29-a gələcəyi təqdirdə tədbiri boykot etməyə çağırış edib. Azərbaycan – Ukrayna arasındakı münasibətlər fonunda sözügedən dövlət rəsmisinin bu açıqlamanı verməsi ölkə ictimaiyyəti arasında təəccüb və təəssüf doğurdu.
Maraqlıdır, Ukrayna nümayəndəsinin belə bir çağırış etməsini Azərbaycana qarşı növbəti təxribat nümunəsi kimi qiymətləndirmək olarmı?
Mövzu ilə bağlı KONKRET.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) rəhbəri Xəyal Bəşirov bildirib ki, COP29 ərəfəsində Azərbaycana qarşı təxribat xarakterli çıxışları erməni təsiri altında atılan addımlar kimi qəbul edirik:
Azərbaycan daha bir hiylənin üstünü açdı - Rəsmi Bakıdan SON ADDIM"Əslində, bu tədbirin Azərbaycanda keçirilməsinə yekdilliklə qərar verəndə belə bu məsələ gündəmdə idi. O vaxt da ölkəmizə qarşı əsassız ittihamlar səsləndirilirdi. Guya biz ermənilərə qarşı etnik təmizləmə aparmışıq və s. Bəzən Rusiya ilə olan əlaqələrimizi də ön plana çəkməyə çalışırdılar. Əgər bunlar belə idisə, niyə yekdilliklə Azərbaycanda tədbirin keçirilməsinə razılıq verirdilər? Deməli, bunlar bir plandır. İstəyirdilər ki, tədbir Azərbaycanda keçirilsin, dünyanın diqqəti ölkəmizə yönəlsin və bu zaman da təxribat xarakterli hücuma keçsinlər. Nəzərə almaq lazımdır ki, COP29 təkcə Azərbaycan xalqının və dövlətinin marağında olan tədbir deyil. Bu, bəşəriyyət üçün qlobal problemləri müzakirə etmək üçün platformadır. Buna görə də hər hansı ölkə liderinin Azərbaycana gəlməməsi bizə qarşı yox, ümumilikdə bəşəriyyətə qarşı atılan addımdır, problemə laqeyidlikdir. Hətta deyərdim ki, bu, həmin ölkənin xalqına qarşı da edilən hörmətsizlikdir.
Ekspert vurğulayıb ki, Azərbaycan kimlərinsə marağına görə Rusiya ilə düşmən olmayacaq:
"Rusiya ilə münasibəti bəhanə edib Azərbaycandakı qlobal səviyyəli tədbirdə iştirak etməmək cılızlıq və ikiüzlülükdür. Əminəm ki, Putin Azərbaycana gəlməsə belə, bəzi Qərb ölkələri başqa bəhanələr tapacaq. Azərbaycan – Ukrayna münasibətləri hamıya bəllidir. Müharibə başladıqdan bu günə qədər rəsmi Bakı Kiyevə dəfələrlə humanitar yardımlar göndərib. Hətta Azərbaycan Prezidenti İlham Əliyev Zelenski ilə bir neçə dəfə görüşmüş, onu COP29-a dəvət etmişdi. Əgər ölkəmiz Putini dəvət edib, Zelenskini çağırmasaydı, bunu fərqli tərzdə qələmə vermək olardı. Ölkəmiz qlobal əhəmiyyətli tədbir zamanı sülh çağırışları edir, silahların yerə qoyulmasını istəyir. Əgər Rusiya və Ukrayna liderlərinin hər ikisi Bakıya səfər etsə, bu, müharibə başladıqdan sonra hər iki prezidentin eyni zamanda iştirak edəcəyi ilk tədbir olacaq. Təbii ki, platforma sülh üçün şans ola bilər. Belə yanaşmaq əvəzində, biz fərqli münasibət götürürük".
Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov isə açıqlamasında qeyd edib ki, Ukrayna rəsmisinin radikal açıqlaması təəssüf doğurdu:
Azərbaycan daha bir hiylənin üstünü açdı - Rəsmi Bakıdan SON ADDIM"Ukraynanın Avropa İttifaqındakı təmsilçisinin məlum açıqlaması təəssüf doğurdu. O, sözügedən ifadəni səsləndirərkən Azərbaycan – Ukrayna münasibətlərini nəzərə almayıb. Birincisi, rəsmi Bakı müharibə aparan dövlətlərə çağırış edərək qlobal sülh təəssüfkeşliyinə imza atmağa çalışır. Ölkəmiz tərəflərin silahları yerə qoymasını istəyir. Digər tərəfdən, COP qlobal layihədir. Siyasi baxışından, mövqeyindən asılı olmayaraq hər kəs burada iştirak etməlidir. Vahid dünya naminə birləşmək lazımdır. Lakin fərqli mənzərə müşahidə edirik. Boğazdan yuxarı bəyanatlar vermək, siyasi məqsədləri bəhanə gətirərək tədbirdə iştirakdan imtina, sadəcə utancvericidir. Buna görə də vahid həmrəylik nümayiş etdirmək mümkün deyil".
Məlik Məlikov,
KONKRET.az

Siyasi       Tarix: 18 oktyabr 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi

ABŞ tarixində ilk dəfə müsəlman siyasətçi Senata seçilib. KONKRET.azxəbər verir ki, demokrat namizəd, 42 yaşlı Abdul Əl-Səyyid Miçiqan ştatından senator seçkilərində respublikaçı Mayk Rocersi məğlub edərək tarixə düşüb. Misi

ABŞ-ın İranla bağlı NÜVƏ PLANI var? – Pərdəarxası məqamlar

ABŞ-ın noyabr ayında İrana nüvə zərbəsi endirə biləcəyi ilə bağlı iddialar beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq yaradıb. Xüsusilə Yaxın Şərqdə hərbi-siyasi gərginliyin artdığı bir vaxtda belə bir ssenarinin gündəmə gətirilməs

ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. xəbər verir ki, məktubda deyilir:. "Zati-aliləri. 8 Noyabr – Zəfər Günü münasibətilə Zati-aliniz

Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı

Son zamanlar İran vətəndaşları və mediası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin ünvanına əsassız ittihamların, təhqiramiz ifadələrin, eləcə də qanunsuz çağırışların artdığı müşahidə olunur. Müxtəli

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək

Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində atdığı addımlar regionda geosiyasi rəqabəti yenidən gündəmə gətirir. Baş nazir Nikol Paşinyanın ölkəsinin 2027–2028-ci illərdə Avropa İttifaqına tamhüquqlu üzvlük üçü

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib

Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçilər

Ermənistanda Azərbaycan irsinə qarşı vandalizm: 734 qəbiristanlığın aqibəti açıqlandı

Qərbi Azərbaycanda azərbaycanlılara məxsus tarixi-mədəni irsin taleyi uzun illərdir narahatlıq doğuran məsələlərdən biridir. Həmin ərazilərdə yerləşən bir sıra tarixi abidələrin ermənilər tərəfindən dağıdıldığı, vandalizm


azerbaycan xeberleri yeni xeberler son xeberler metbuat xeberleri hava haqqinda krminal bu gun xəbər