Azərbaycan diaspor nümayəndələri Niderland parlamentinə görüş üçün müraciət etdilər
Azərbaycan diasporunun nümayəndələri Niderland parlamentinə görüş üçün müraciət ediblər.
Bu barədə KONKRET.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, Niderland hökumətinin səlahiyyət müddəti üçün planlarını əks etdirən proqramın "Beynəlxalq təhlükəsizlik" bölməsində Azərbaycan ərazilərinin azad olunması "Dağlıq Qarabağın ələ keçirilməsi" kimi göstərilib:
"Həmin ölkədəki soydaşlarımız bunu ciddi narazılıqla qarşılayıb və Azərbaycan diaspor təşkilatları bəyanatlar verib. Niderlandın Azərbaycan icması bu cür sənədlərin erməni millətçilərində qisas üçün boş ümidlər yaratdığını və regionda gərginliyi artırdığını, belə hərəkətlərin sülhə yox, əksinə, münaqişəyə səslədiyini vurğulayıb, etirazlara davam edəcəyini bildirib. "Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyi bu ölkənin parlamentinə görüş üçün müraciət ünvanlayıb, petisiya hazırlayıb".
Qeyd edilib ki, parlamentin rəsmi internet səhifəsində həmin müraciətin qeydə alındığı və görüşün olacağı ilə bağlı məlumat yayımlanıb.

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb