"Azərbaycan iqtisadi ümid indeksi üzrə öndə gedən ölkələrdəndir" - "Gallup"

Nüfuzlu "Gallup İnternational" təşkilatının yaydığı məlumata əsasən Azərbaycanda iqtisadi optimizm göstəriciləri yüksəkdir.
KONKRET.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Məlumata görə, iqtisadi ümid indeksində Azərbaycanın mövqeyi 53 balla qiymətləndirilib ki, bu da ötən ilin göstəricisindən 6 bal daha yuxarı göstəricidir. Eyni zamanda, bu göstərici İndoneziya və Albaniyadan sonra ən yaxşı 3-cü göstəricidir. İqtisadi ümid indeksi ölkə vətəndaşlarının gələcək iqtisadi perspektivlərlə bağlı gözləntilərinə əsaslanır və vətəndaşlar arasında aparılmış sorğunun nəticələrini əsas götürür.
Son illərdə xüsusi ilə də inkişafda olan ölkələrdə iqtisadi ümid indekslərinin davamlı olaraq artdığı müşahidə olunmaqdadır. Ümumilikdə isə, pandemiyanın təsiri ilə iqtisadi ümid göstəriciləri qlobal miqyasda resessiv trendlərə məruz qalıb. Bununla yanaşı, qlobal olaraq vətəndaşların gələcəyə iqtisadi ümidləri yüksək qiymətləndirilib. Baxmayaraq ki, bir sıra ölkələrdə müxtəlif dolayı səbəblər (müharibə, təbii fəlakət, siyasi böhranlar və s.) vətəndaşların gələcəyə iqtisadi ümid gözləntilərini xeyli azaldıb. Hazırda siyası böhranların davam etdiyi regionların iqtisadi ümid indekslərinin xeyli aşağı olması da diqqətəlayiqdir.
1947-ci ildən fəaliyyət göstərən "Gallup İnternational" təşkilatı dünyada müxtəlif sosioloji sorğular və tədqiqatların aparılması üzrə ixtisaslaşmış nüfuzlu və geniş şəbəkəyə malik beynəlxalq təşkilatdır. Müvafiq sorğu da elə həmin ildən aparılır. Təşkilatın cari ilin oktyabr-dekabr aylarında apardığı sorğular ümumilikdə 44 ölkədə 41 560 insanı əhatə edib. Sorğunun nəticələrinə əsasən dünya üzrə respondentlərin 38%-i 2022-ci ilin 2021-ci illə müqayisədə daha yaxşı, 28%-i daha çətin, 27%-i isə əsaslı dəyişikliklərin olmayacağına inanır. Beləliklə, qlobal miqyasda iqtisadi ümid indeksi ötən illə müqayisədə azalıb.
İndeks insanların öz ölkələrinin iqtisadi gələcəyi barədə düşüncələrini ölçən mühüm indikator hesab olunur. Bu indeksin metodologiyası əhalinin ümumi rifahını deyil, daha çox, gələcəklə bağlı iqtisadi gözləntilərini əsas götürür. Lakin aydındır ki, gələcəyə bağlı gözləntilər məhz cari situativ vəziyyət əsasında formalaşır. Bu baxımdan, indeksin nəticələri sosioloji sorğulara əsaslandığı üçün ölkə vətəndaşlarının təkcə iqtisadi deyil, həm də cari siyasi, mənəvi və psixoloji vəziyyətinin də inikasiyası hesab oluna bilər. Azərbaycanın mövcud indeks üzrə post-müharibə dövründə yüksək nəticələr göstərməsi həm də Qarabağ regionundakı münaqişənin uzun illərdən sonra hərbi-siyasi yolla həllinin yaratdığı nəticələri də əks etdirir.
Azərbaycan, bundan əlavə, 2021-ci ildə İrs Fondunun hazırladığı "İqtisadi Azadlıq İndeksi 2021" hesabatında 6 pillə irəliləyərək 172 ölkə arasında 38-ci yerdə qərarlaşıb. Ölkə bu il "Davamlı inkişaf hesabatı 2021" sənədində dünyanın 166 ölkəsi arasında "davamlı inkişaf məqsədləri indeksi" üzrə 55-ci pillədə mövqe tutub. Eyni zamanda, Azərbaycan cari ildə açıqlanmış digər reytinq hesabatlarında da rolunu qoruyub saxlayıb. Örnək olaraq, "Global Firepower" təşkilatının "Potensial Hərbi Güc 2021" reytinq siyahısında Azərbaycan bu il 63-cü mövqedə qərarlaşmağa nail olub./report/

Sosial       Tarix: 29 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən son vəziyyət havanın temperaturu en son xeber valyuta