Azərbaycan İranı qardaş ölkə hesab edir' - Hikmət Hacıyev
"Geosiyasi baxımdan regionumuzda vəziyyət çox çətindir. Bakıdan 200 km cənubda İran, ABŞ və İsrail arasında müharibə gedir. 200 km şimalda isə Rusiya-Ukrayna müharibəsi davam edir".
azxeber.com APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Prezidentin köməkçisi Azərbaycan ərazisinin "Mossad" tərəfindən istifadə edilməsi iddialarına münasibət bildirərək deyib ki, rəsmi Bakı İranı qardaş ölkə hesab edir.
"Çünki bizim qardaşlarımız sərhədin, Araz çayının o tayında yaşayır. Birincisi, ərazilərimizin azadlığı və suverenliyi bizim üçün fundamental prinsiplərdir. İkincisi, Azərbaycan heç vaxt öz ərazisindən qonşu ölkəyə müdaxiləyə imkan verməz. Üçüncüsü, orada bizim vəfa borcumuz var. Sərhədin o tayında yaşayanlar, dediyim kimi, milliyyətindən, dinindən asılı olmayaraq, bizim qardaşlarımızdır. Buna necə icazə verə bilərik? Dördüncüsü, bu, texniki cəhətdən necə mümkündür? İsraildən buraya necə gələcəklər? Türkiyədən keçməlidirlər. Türkiyə də buna icazə verməz, Azərbaycan da. Bu necə baş verəcəkdi? Burada həm də çirkin təbliğat elementləri var", - Hikmət Hacıyev vurğulayıb.

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Rəsmi Bakıdan 20 Sentyabr mesajı: "...əbədidir"
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir
20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi