Azərbaycan mühüm qaz təchizatçısına çevrilib

Azərbaycan mühüm qaz təchizatçısına çevrilib2024-cü il iyulun 18-də Böyük Britaniyada Qərb ölkələri arasında siyasi əlaqələndirmə platforması hesab edilən "Avropa Siyasi Birliyi"nin 4-cü Zirvə toplantısı keçirildi.
Dünyanın nüfuzlu ölkələrinin rəhbərlərinin qatıldığı zirvə toplantısında Birləşmiş Krallığın Baş naziri Kir Starmerin dəvəti ilə prezident cənab İlham Əliyev də iştirak etdi. Əlbəttə ki, bu, beynəlxalq miqyasda Azərbaycanın yüksələn mövqeyinin və bilavasitə prezident cənab İlham Əliyevin dünya liderləri arasında böyük söz sahibi olmasının göstəricisidir. Bu həm də onu deməyə əsas verir ki, Azərbaycan Avropanın təkcə enerji təhlükəsizliyində mühüm rol oynamır, eyni zamanda qitənin və Avropa İttifaqının gələcəyi ilə bağlı müzakirələrdə də rəyinə, mövqeyinə önəm verilən ölkə kimi çıxış etdi.
"Avropa Siyasi Birliyi"nin 4-cü Zirvə toplantısı çərçivəsində "Enerji və bağlantı" mövzusunda dəyirmi masada  mühüm məqamlara toxunan Cənab Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Azərbaycan öz öhdəliklərinə böyük məsuliyyət və sadiqlik nümayiş etdirir. 
Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlıq əlaqələrinin mövcudluğu böyük əhəmiyyətə malikdir və bu da Azərbaycanın dünya arenasında artan iqtisadi qüdrətindən xəbər verir. Azərbaycanın təbii qazına tələbat Avropa ölkələri üçün ən aktual və prioritet məsələlərdən biridir. Qeyd etmək lazımdır Avropa ölkələrinin Azərbaycan qazına olan tələbatı durmadan artmaqdadır.
Prezident cənab İlham Əliyevin çıxışı zamanı bildirib ki, "Enerji sahəsində Bakıda müəyyənləşdirdiyimiz strateji tərəfdaşlıq bizim Avropaya qaz təchizatımızın 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur. Biz bu hədəfə doğru irəliləyirik. 2021-ci ildə Avropa qitəsinə bizim qaz təchizatımız ildə 8 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 13 milyard kubmetrə yaxın olacaq. 2021-ci ildə ümumi ixrac 18 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 25 milyard kubmetr olacaq. İxracın yarıdan çoxu Avropaya gedir."
Çıxış zamanı Azərbaycanın etibarlı təchizatçı olduğu vurğulanıb. Azərbaycan tarixdə  bir ilkə imza ataraq  Xəzər  dənizini Aralıq dənizi ilə birləşdirən kəməri istismara verib.  Ölkəmiz üç ildən artıqdır ki, mühüm  qaz təchizatçısına  çevrildiyidə qeyd  olunub.
Bütün bu uğurlar Azərbayca qazının dünya bazarına çıxarılması xalqımızın gələcəyinə planlaşdırılmış uğurlu siyasətin nəticəsidir.
Bu gün dünyanın siyasi xəritəsində elə bir Azərbaycan var ki, onun dəstəyi olmadan, rəyi nəzərə alınmadan hər hansı regional prosesləri müzakirə və həll etmək mümkün deyil. İstənilən mövzulu qlobal danışıqların aparıldığı platformalarda ölkəmiz mütləq təmsil olunur və əsas söz sahibi kimi çıxış edir. Buna görə də Azərbaycanı regionun təhlükəsizlik zəmanəti adlandırırlar. Aparıcı dövlətlər ölkəmizin Cənubi Qafqaz və Xəzər dənizi regionunda əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu bəyan edirlər. Bütün bunlar bir daha təsdiq edir ki, İlham Əliyevin tam müstəqil siyasəti Azərbaycanı müasir dünyanın yeni çağırışlarına cavab verən ölkəyə çevirib.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla inkişaf etdirən ölkə başçısı cənab İlham Əliyevin yüksək diplomatik istedadı sayəsində ölkəmizin dünyanın siyasi-iqtisadi mənzərəsini müəyyən edən aparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətləri keyfiyyətcə yeni müstəviyə yüksəlir. Nəticədə Azərbaycan yalnız regionda deyil, eyni zamanda beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanıb.
İman Abduyev, politoloq / azxeber.com

Siyasi       Tarix: 23 iyul 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. KONKRET.azxəbər verir ki, təbrik məktubunda deyilir:

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

Dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçidinə zəmin yaradan "ASAN xidmət" bu gün yalnız qabaqcıl milli idarəçilik təcrübəsi deyil, həm də beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək

Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində atdığı addımlar regionda geosiyasi rəqabəti yenidən gündəmə gətirir. Baş nazir Nikol Paşinyanın ölkəsinin 2027–2028-ci illərdə Avropa İttifaqına tamhüquqlu üzvlük üçü

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli İlham Heydər oğlu. Dəyərli qardaşım. Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Siz

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Estoniya Azərbaycanla energetika, təhsil, rəqəmsallaşma və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Tallində iki ölkə arasınd

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli


son xeberler yeni xeberler azerbaycan xeberleri son xəbərlər bugün 2026 xeberler az cəbhədən şad xəbər sonxəbərlər