Azərbaycan ordusunun Lələ Təpə əməliyyatı: Görün ermənilər kimin oğlunu ittiham edirlər

Azərbaycan ordusunun Lələ Təpə əməliyyatı: Görün ermənilər kimin oğlunu ittiham edirlərErmənistan Prokurorluğu "Hayastan" fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyanın oğlu Artur Ohanyanı 44 günlük müharibə zamanı Azərbaycan Silahlı Qüvvələrinin Lələ Təpə istiqamətində hücumunun qarşısını almaq üçün keçirilən uğursuz əməliyyata görə ittiham edir.
KONKRET.az publika.az-a istinadən xəbər verir ki, istintaqa görə, bölmə komandiri A.O. (Artur Ohanyan) 6-7 oktyabr 2020-ci il tarixlərində səhlənkarlıq göstərərək xidməti vəzifələrini lazımınca yerinə yetirməməsi ağır nəticələrə səbəb olub.
Prokurorluğun məlumatına görə, Ohanyan oktyabrın 6-da Horadiz-Lələ Təpə istiqamətində hücuma keçmək və qırılmış müdafiə xəttini bərpa etmək barədə göstəriş alıb.
Lakin tapşırığın düzgün yerinə yetirilməməsi, bölmələr arasında qarşılıqlı əlaqənin olmaması, hərəkət qaydasının pozulması, qüvvələrin nizamsız bölüşdürülməsi, sonrakı planlamanın olmaması səbəbindən yerləşdirmə yerinə xeyli az sayda canlı qüvvə və texnika gəlib ki, bu da döyüş tapşırığının uğursuzluğuna səbəb olub.
Həmin proses çərçivəsində müəyyən edilib ki, bölmənin tabor komandiri polkovnik-leytenant G.A. döyüş tapşırığında iştirak etməkdən imtina edib, guya silah və sursatları sayıb. O, komandanlığından icazə almadan hücuma keçən batalyonu geri çəkib və əvvəlki mövqelərinə qaytarıb.
Digər batalyon komandiri G.M. tankla birlikdə tank əleyhinə xəndəyə aşdı. Və o, sağ-salamat xilas olsa da, yerində qalaraq bölməsi ilə hücumu davam etdirməkdən imtina edib.
Ohanyana qarşı "hərbi vəziyyət, müharibə və ya döyüş şəraitində xidmətə səhlənkar münasibət" maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edək ki, Ermənilər həmişə "Ohanyan müdafiə xətti" ilə fəxr edirdilər. Amma Azərbaycan ordusu bu müdafiə xəttini darmadağın etdi. Və məlum olur ki, Ohanyanın öz oğlu belə bu müdafiə xəttinin "üstünlüklərindən" yararlana bilməyib.

Siyasi       Tarix: 14 may 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Türkiyəli tanınmış araşdırmaçı-yazar Qalib Türkmən Qarabağ məsələsi barədə maraqlı bir faktı açıb. -a istinadla xəbər verir ki, o, 2007-ci ildə Azərbaycana təşkil edilən bir səfərdə şahidi olduğu hadisəni bölüşüb. Q.Türkmə

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?

"Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatlarının müzakirəsi münaqişənin həlli istiqamətində mühüm diplomatik addımdır. Lakin bu proses yalnız iki ölkənin mövqeləri ilə məhdudlaşmır. Burada NATO-nu

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Ermənistanda Azərbaycan irsinə qarşı vandalizm: 734 qəbiristanlığın aqibəti açıqlandı

Qərbi Azərbaycanda azərbaycanlılara məxsus tarixi-mədəni irsin taleyi uzun illərdir narahatlıq doğuran məsələlərdən biridir. Həmin ərazilərdə yerləşən bir sıra tarixi abidələrin ermənilər tərəfindən dağıdıldığı, vandalizm


azerbaycan xeberleri son xeberler yeni xeberler son xəbərlər xabarlar bu gune olan xeberler