Azərbaycan xalqı hələ faciələrin təsirindən çıxmayıb: "İnsanların bayrama sevinmə səbəbləri qalmayıb

Azərbaycan xalqı hələ faciələrin təsirindən çıxmayıb: Azərbaycan xalqı hələ faciələrin təsirindən çıxmayıb: "İnsanların bayrama sevinmə səbəbləri qalmayıb"
Bir neçə gün öncə Novruzun ilk çərşənbəsini qarşıladıq. İlk çərşənbə ilə Novruz bayramı üçün hazırlıqlar başlayır. Cəmiyyətimizdə milli adət və ənənələr həmişə aktual mövzu olub. Adət-ənənə milli-mədəni kimliyin göstəricilərindən biridir. Xalqın xarakterini, millətin mədəniyyətini özündə ehtiva edir. Lakin son illər bayram adət-ənənələrimiz itib-batıb. Hətta unudulduğunu da iddia edənlər var. İlk çərşənbədə bayram əhvali-ruhiyyəsi qəti şəkildə hiss olunmadı. Əvvəlki canfəşanlıq yox idi.
Maraqlıdır, adət-ənənələrimiz niyə sıradan çıxıb? Novruz bayramının təntənəsi niyə zəifləyib? Son illər milli adət-ənənələrimizin unudulmasının səbəbi nədir?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən yazıçı Varis Yolçuyevin sözlərinə görə, internet əsrində milli adət-ənənələri qoruyub, saxlamaq daha önəmli məqamdır:
Azərbaycan xalqı hələ faciələrin təsirindən çıxmayıb: "Urbanizasiya olan yerlərdə get-gedə milli adət-ənənələrdən yayınma halları olur. Milli adət-ənənələr hər an təbliğ olunmalıdır. İndi dövr dəyişib. Keçmişdə adət-ənənələr artan xətt ilə gedirdi. İndi bu gün trenddə internetdir. İnsanlar internet aludəçisinə çevriliblər. Belə bir dövrdə milli adət-ənənələri qoruyub, saxlamaq daha vacibdir.
Bu gün əvvəlkindən də  5-10 dəfə artıq təbliğ olunub, gündəmdə qalmalıdır. Ancaq baxaq, buna kim can atır. Medianın da özünəməxsus rolu var. Bununla yanaşı məktəblərdə müəllimlər, evdə valideynlər övladlarımıza milli adət-ənənələrimizdən bəhs etməlidir. Kökümüzü unutmamalıyıq".
V.Yolçuyev qeyd edib ki, adət-ənənələrdən soyumağımız təbliğatın zəif olması ilə əlaqəlidir:
"Mobil telefona aludə olmuşuq. Deyirik ki, gələcək budur. Lakin o deyil. Bütün bu cihazlar Yaponiyadan gəlir. Lakin onlar milli adət-ənənələrini qoruyub, saxlayırlar. Çünki təbliğatları genişdir. Ən azı onlardan özümüzə örnək götürməliyik. Dönə-dönə təbliğat aparmalıyıq. O zaman yad ünsürlər bizi kökümüzdən ayıra bilməz".
Yazıçı əlavə edib ki, insanların bayrama sevinmə səbəbləri qalmayıb:
"2019-cu ildə bayramlar daha yüksək formada keçirilirdi. Koronavirus, böhran, inflyasiya insanları daim qorxu içində yaşatdı. Türkiyədə baş verənlərin də təsiri oldu. İnsanlarda qorxu var. İnsanlar nikbin, pozitiv olmalı və inanmalıdırlar ki, bu, bir qara zolaqdır, gəlib keçəcək. Yenə həyat al-əlvan olacaq".
Folklorşünas Seyfəddin Rzasoy qeyd edib ki, Azərbaycan xalqı hələ faciələrin təsirindən çıxmayıb:
Azərbaycan xalqı hələ faciələrin təsirindən çıxmayıb: "Bayramların sönük keçməsi son illərin hadisələri ilə bağlıdır. Bizim Qarabağ savaşında çoxlu şəhidlərimiz oldu. Azərbaycan xalqı nəinki Novruz bayramını, digər bayramları da əhvali-ruhiyyəsiz qeyd etdi. Öz evində bayram etməyə, bu bayram əhvali-ruhiyyəsini küçədə nümayiş etdirməyə utandı. İndi də Türkiyədə faciə oldu. Təsirindən hələ çıxa bilməmişik. Bu mənada Azərbaycan xalqı faciələrin təsiri altındadır. İnsanlarda əhvalsızlıq əmələ gəlib".
S.Rzasoy bildirib ki, çərşənbələr bəzi bölgələrdə qeyd olunmur:
"Novruz bayramı sovet dövründə mətbəx bayramı səviyyəsinə endirilmişdi. Sonradan bərpa olundu. Çərşənbələr bəzi bölgələrdə qeyd olunmur. Bir tək ilaxır çərşənbə qeyd olunur. Ümumiyyətlə, çərşənbələrin qeyd olunması bölgədən-bölgəyə dəyişir".
Folklorşünas əlavə edib ki, Yeni ilin geniş şəkildə qeyd olunmasının səbəbi XX əsrdə Sovet epoxasında yaşamağımızdır:
"Yeni ilin geniş şəkildə qeyd olunmasının səbəbi Sovet epoxasında yaşamağımızdır. Bütün həyatımız Miladi təqvimi üzərində qurulub. O xatirəni davam etdiririk. Avropada da Yeni il böyük coşqu ilə qeyd olunur. Bütün bunlar bizə də öz təsirini göstərir".
Nəzrin Vahid

Maraqlı       Tarix: 24 fevral 2023
f Paylaş

Oxşar xəbərlər

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO. Son zamanlar bir çox insanlar, xüsusən də uşaqlar arasında göy öskürək yayılıb. İnsanlar bu xəstəlikdən can qurtara bilmədiklərini

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı. Mayın 10-da başlayan güclü maqnit qasırğasının gözlənilən müddəti ən azı iki gün olacaq. Bu barədə Rusiya Elmlər Akademniyasının Günəş-Yer Fizikası İnstitutunu

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"

Ucuz generator almağın hansı riskləri var?

Ucuz generator dedikdə bazarda eyni güc kateqoriyasında olan digər modellərlə müqayisədə daha aşağı qiymətə təklif edilən generatorlar nəzərdə tutulur. Bəzi hallarda sadə funksiyalara malik modellər daha münasib qiymətl

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO. ABŞ-də rüşvətdə ittiham olunan Nyu-Cersi ştatının ermənipərəst senatoru Bob Menendesin vəkili bütün günahları onun arvadının üzərin

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub. "Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". Bu barədə xərçəngin reabilitasiyas

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?. Aprelin sonunda "OpenAI" qabaqcıl süni intellekt prosessoru "Nvidia DGX H200"ü əldə edib. Bu, dünyanın ən güclü süni intellekt çipidi

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub. Yeni araşdırma göstərir ki, keçən həftə Yer kürəsini vuran güclü Günəş qasırğası fırtınalar dalğasına səbəb ola bilər. Alimlər qrupu son 5 500 i


azerbaycan xeberleri yeni xeberler son xeberler sonxeber az xəbər.az xankendi xəbər