Azərbaycanda ata övladını məktəbə belində aparır - VİDEO

Azərbaycanda ata övladını məktəbə belində aparır - VİDEOAstaranın Miki kəndində yol problemi sakinlərə çətinliklər yaradır.
Sözügedən kənddə yaşayan Fuad Salayev hər gün bu problemlə qarşı-qarşıya qaldıqlarını deyir.
Onun sözlərinə görə, hər gün övladını məktəbə aparmaq üçün bu əziyyəti çəkir. Belə ki, ata hər gün ayaqqabılarını çıxarır, qızını kürəyinə alaraq çaydan qarşı tərəfə keçirir. 
"2006-cı ildən bu zülmün içindəyik. Qızım artıq 7-ci sinfə keçir, hər il payız-qış aylarında onu məktəbə bu şəkildə aparıram. Yollar normal olsa, məktəblə evimizin arası 400-500 metrdir. Hər gün buz kimi suyun içindən keçib qızımı məktəbə aparıram ki, oxuyub, savadlı insan olsun, gələcəkdə mən olmayanda əzab çəkməsin".
Bu sözləri Oxu.Az-a açıqlamasında sosial şəbəkələrdə qızını kürəyində məktəbə aparması görüntüləri ilə gündəmə gələn Astaranın Miki kənd sakini Fuad Salayev deyib. 
O bildirib ki, sosial şəbəkədə yayılan videodan sonra hər kəs kömək etmək üçün əlaqə saxlayır, lakin mənə şəxsi kömək lazım deyil:
"Mənim 41 yaşım var. Həyat yoldaşımın səhhətində problem var, üç dəfə əməliyyat keçirib. Əslində məktəb bizim evdən çox uzaq deyil, 400-500 metr məsafədədir. Sadəcə körpü yoxdur. Qızım Aygün evin tək uşağıdır, istəyirəm ki, təhsil alsın. Onu məktəbə min bir əziyyətlə aparıram. Ayaqlarımı soyunub hər gün buz kimi suyun içindən keçirəm. Məktəbə gedən yolu kənddən Miki çayı ayırır. Çay üzərində bir dəfə özüm körpü kimi yol düzəltdim. Lakin, cəmi bir gün çəkdi. Səhər durub gördük ki, körpü yoxdur. Bizim qaldığımız tərəfdə başqa kənd sakinləri yoxdur deyə, qonşularla ortaya pul qoyub, nəsə etmək də olmur.  
Aygün artıq yeddinci sinfə keçir. Özüm də o məktəbdə müəllim işləyirəm. Hər gün 5 saat dərs keçib, qayıdıram evə. Qazancımla ailəmi güclə dolandırıram. Özümün imkanım olsa, heç kimə söz demərəm, çayın üstünə bir körpü düzəldərəm. Astara Rayon İcra Hakimiyyətinə və Miki kənd bələdiyyəsinə dəfələrlə müraciət etsəm də, cavab ala bilməmişəm. Verdikləri cavab da o olub ki, büdcədə pul yoxdur. Qış qapıdadır. Soyuqda o suyu necə keçəcəm deyə düşünürəm. Mənim səhhətimdə problem yaransa, ailəni kim dolandıracaq deyə fikir çəkirəm".
Həmin videogörüntüləri təqdim edirik:

Sosial       Tarix: 04 oktyabr 2021
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Azərbaycanda bu məhsullar bahalaşdı

2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzr

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb


son xeberler yeni xeberler azerbaycan xeberleri sou biznes apa.az xeberler son.xabar son xeberler azerbaycan