Azərbaycanda bank kartı sahəsində "inqilab" - Rebrendinq edən "Rabitəbank"dan yeni məhsullar - FOTO

Azərbaycanda bank kartı sahəsində "inqilab" - Rebrendinq edən "Rabitəbank"dan yeni məhsullar - FOTO27 ildir fəaliyyət göstərən Rabitəbank "rebranding" edib.
Milli.Az xəbər verir ki, bankın loqosu, rəngləri, şüarı, ofis dizaynı yenilənməklə yanaşı, həmçinin yeni məhsullar da təqdim olunub.
Əvvəllər göy rəngdən istifadə olunan loqonun rəngləri yaşılın çalarları ilə əvəzlənib. Loqo "R" və "B" hərflərinin birləşməsini xatırladır. Bundan əlavə, loqo bankın yeni şüarı ilə də uyğunluq təşkil edir.
"Rabitəbank"ın şüarı "Rahat bankçılıq" olaraq dəyişdirilib. Loqoda yaşıl rənglərdən istifadə olunması da həmin rəngin rahatladıcı təsirinin olması ilə bağlıdır.
"İmic dəyişimi prosesi bir müddətdir başlanılıb və 2020-ci ilin sonuna qədər də davam edəcək. Bəzi bölgələrdəki ofislərin interyerinin dəyişməsi 1 ilə yaxın vaxt ala bilər", -  idarə heyətinin sədri Elçin Qədimov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən söyləyib.
Rebrendinq edən Rabitəbankın bu sahədə ən uğurlu addımı bank kartları ilə bağlı olub. Bu addımı Azərbaycanda bank kartları sahəsində "inqilab" da adlandırmaq olar. Çünki yenilənmiş "Kartmane" kartı sayəsində ölkəmizdə bu sahədə bir neçə ilklər yaşanacaq.
"Kartmane" kartının həm kredit, həm də debit olmaqla iki növü var. Yaşıl rəngdə olan kartın qara rəngdə olan premium versiyası da mövcuddur.
Bu kart vasitəsi ilə Azərbaycanda ilk dəfə olaraq müştərilərə aşağıdakı fürsətlər verilir:
- Ölkədə və dünyanın istənilən nöqtəsində bütün yanacaq doldurma məntəqələrində 10-faizədək "cashback" (xərclənən məbləğin 10-faizinədək geri qaytarılması)
- Ökədə və dünyanın istənilən nöqtəsində bütün kafe və restoranlarda 5 faiz "cashabk"
- Kartdakı debit qalığına 6 faizlik artım
- Manat kartı ilə xaricdə ödəniş edərkən faizssiz konvertasiya komissiyası
"Hazırda 15 minə yaxın aktiv "Kartmane" istifadəçimiz var. Bu istifadəçilərin gələn ilin sonunadək 50 minə qədər artacağını hədəfləyirik", - baş direktor Ziya Nuriyev bildirib.
Həmçinin bank müştərilərinə rəqəmsal plaformalar üzərindən rahat xidmətlərini də təqdim edib. Bunlara "Rabitəbank"ın yeni mobil tətbiqi, maliyyə tranzaksiyalarını həyata keçirən Rabitabot və hüquqi şəxslər üçün Internet bankinq və yenilənmiş korporativ veb-sayt daxildir.
Təqdim olunan "Rabitabankbot" xidməti müştərilər pul göndərmək, istəmək, hesabı bölmək, kredit və yaxud kart sifariş etmək, kommunal və mobil ödənişlərlə yanaşı, cərimələrini də ödəmək imkanı verir.
Müştəri dostu ilə yazışma əsnasında söhbət pəncərəsindən ayrılmadan, hər hansı kart nörməsi daxil etmədən, sadəcə, @RabitabankBot yazıb, bir neçə saniyəyə qarşı tərəfin hesabına pul köçürə bilərlər.
Qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən Rabitəbank Azərbaycanın 16 regionunda fəaliyyət göstərir. Bankın Bakı şəhərində 25 filialı, 68 ATM-i var.
FOTO: Rüstəm Fərman
Bəxtiyar Umarlı
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 20 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA

2025-ci ildə iqtisadi fəaliyyət növləri və cins üzrə orta aylıq nominal əməkhaqqına dair göstəricilər qadınlarla kişilərin qazancı arasında fərqlərin mövcud olduğunu göstərir. Məlumatlara əsasən, 2025-ci ildə qadınların ort

Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR

Bu ilin 22–24 oktyabr tarixlərində Quba Palace Hotel-in nəzdində fəaliyyət göstərən Azərbaycan Milli Qolf Klubunda TURAN CUP silsiləsindən olan növbəti beynəlxalq qolf turniri keçirilib. xəbər verir ki, TURAN CUP 2026 Beynəlxal

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Azərbaycan və İndoneziya investisiya əlaqələrinin inkişafını müzakirə edib

Azərbaycan və İndoneziya arasında iqtisadi və investisiya əlaqələrinin inkişafı, institusional əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran investisiya istiqamətləri ətrafında fikir mübadiləsi aparıblar. Azərbayca

"AzerGold" QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub - FOTOLAR

"AzerGold" QSC Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 8-ci Beynəlxalq Dağ-Mədən və Metallurgiya Forumu – UIMF 2026-da təmsil olunub. Oktyabrın 27–28-də "Resurslardan qlobal imkanlara doğru" şüarı altınd

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi


yeni xeberler son xeberler azerbaycan xeberleri en son xeberler bu gun bugünki xəbərlər bu gunun xeberleri haqqinda melumat cəbhədən xəbərlər