Azərbaycanda da maska qadağası ləğv edilə bilərmi? – AÇIQLAMA

Azərbaycanda da maska qadağası ləğv edilə bilərmi? – AÇIQLAMAXəbər verdiyimiz kimi, dünən Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca Türkiyədə tibbi maska taxmaq məhdudiyyəti ləğv olunduğunu bildirib. Nazir əlavə edib ki, artıq açıq yerlərdə maska taxmaq lazım deyil, HES kod tətbiqi yığışdırılıb, qapalı yerlərdə havalandırma kifayət qədər olarsa, maska taxılmayacaq. O həmçinin, açıqlamasında simptomları olmayanlardan artıq PCR testlərinin tələb olunmayacağını, məktəblərdə müsbət hal baş verdikdə yalnız koronavirusa tutulan şagirdin təcrid olunacağını bildirib.
Bəs görəsən bu qadağa Azərbaycanda da ləğv oluna bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan TƏBİB-in mətbuat xidmətinin əməkdaşı Elnarə Baxışova bildirdi ki, bu səlahiyyət Nazirlər Kabineti yanında Operativ Qərargaha aiddir:
"Bu, TƏBİB-in səlahiyyətində olan bir məsələ deyil. Qərarları Operativ Qərargah verir".
Tibb üzrə ekspert, həkim Şəmsiyyə Namazlı bildirdi ki, maskadan istifadə hər bir insanın özünün məsuliyyətindən asılıdır:
"Türkiyədə maska qadağası ləğv olundu. Lakin bəzi qapalı yerlərdə bu qadağa hələ də qalır. Təbii ki, xroniki xəstəliyi olan şəxslər, yaşlılar, xərçəng, şəkər kimi xəstəlikləri olanlar hər zaman ehtiyatlı olmalıdır. Onlar pandemiyadan sonra da özlərini yoluxucu xəstəliklərdən qorumalıdır. Risk qrupunda olan insanlara həmişə qrip və digər yoluxucu xəstəliklərdən qorunmaq tövsiyə edilib. Bu şəxslər öz sağlamlığını qorumaq üçün mümkün qədər maskadan istifadə etməlidir. Bəsit profilaktik tədbirlərin görülməsi onlar üçün vacibdir".
Ş.Namazlı dedi ki, hələlik bu barədə düşünmək üçün tezdir:
"Məsuliyyətsiz insan ən sərt karantin rejimində belə maska taxmır. Hələ də bu xəstəliyə inanmayan insanlar var. Belə insanlar üçün bu qadağanın ləğv olunub-olunmamasının əhəmiyyəti yoxdur. Lakin bir tibb işçisi, həkim olaraq düşünürəm ki, belə bir cəmiyyətdə maska qadağası ləğv olunarsa, ümumiyyətlə, xaotik vəziyyət yaranar. Əgər bu qadağa aradan qaldırılsa, hər kəs elə biləcək ki, daha koronavirus yoxdur. Lakin hələ də xəstəxanalarda müalicə alan insanlar var. Yoluxma sayı minə yaxındır. Ona görə də, hələlik bu barədə düşünmək üçün tezdir".
Tibb üzrə ekspert, professor Adil Qeybulla qeyd etdi ki, bənzər qərarlar Azərbaycanda da tətbiq edilə bilər:
"Əvvəla, onu qeyd edim ki, Türkiyədə maska məcburiyyəti tamamilə aradan qalxmayıb. Sadəcə olaraq, havalanma sistemi normaldırsa, o yerdə maska taxmaq artıq məcburi deyil. Tam qapalı mühitdə bu qadağa hələ qalır. Hesab edirəm ki, omikron ştamının geniş yayılması kollektiv immmunitetə gedən yolda çox mühüm addım oldu. Bu ştamın vaksindən heç də az əhəmiyyəti olmayan rolu var. Vaksin olunanlar da virusa yoluxdu və immun sistemi fəallaşdı. Hesab edirəm ki, buna görə Türkiyədə belə bir qərar verildi. Bu mənada belə bir qayda Azərbaycanda da tətbiq edilə bilər. Nəzərə almaq lazımdır ki, əhalinin böyük qismi vaksin olunub. Epidemioloji vəziyyət heç də pis deyil. Ona görə, bizdə də belə bir qərar qəbul edilə bilər".
Sonda Operativ Qərargahın mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədovla əlaqə saxlamağa çalışsaq da, iş günü ərzində suallarımıza cavab ala bilmədik.
Şəbnəm Mehdizadə
KONKRET.az

Sağlamlıq       Tarix: 03 mart 2022
f Paylaş

Oxşar xəbərlər

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsa

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

Pəncərə və qapılara dəfnə yarpağı qoyun: Həşəratlara qarşı "qalxan"

Yay tətili üçün evdən uzun müddətə ayrılarkən hamımızın ağlımızda eyni qorxu olur: "Geri qayıdanda evimi hamamböceği və ya qarışqalar basıb?" Kimyəvi dərmanlardan istifadə etmədən, evinizi bu "qonaqlardan"

Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır?

Paytaxt ərazisində son günlər qanadlı qarışqaların sayında nəzərəçarpacaq artım müşahidə edilir. milliaz-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda çoxlu sayda həşəratın xüsusilə işıq mənbələrini

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil

Kondisionerdən istifadə edənlərə diqqət: Həkim riskləri AÇIQLADI

Peyvənd mövsümü olmasa da, son günlər havaların qeyri-sabit keçməsi fonunda qrip və digər respirator infeksiyalara yoluxma halları yenidən müzakirə mövzusuna çevrilib. Temperaturun kəskin dəyişməsi, kondisionerlərdən intensi

Ebola virusu yenidən alovlandı və sürətlə yayılır - XƏBƏRDARLIQ

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusunun yayılması nəticəsində 131 nəfər həyatını itirib, 513-dən çox şübhəli yoluxma halı qeydə alınıb. xəbər verir ki, bu barədə BBC məlumat yayıb. KDR hökumətinin sözçüsü bildiri

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bu gun xankendi siyaseti xeberler bugun cəbhədən xəbərlər