Azərbaycanda İİV-ə yoluxanların sayı 2 dəfə azalıb

Azərbaycanda İİV-ə yoluxanların sayı 2 dəfə azalıb"Azərbaycanda İİV-in aşkarlandığı ilk illərdə xəstəlik əhalinin risk qruplarına aid xüsusilə də inyeksion narkotik istifadəçiləri arasında geniş yayıldı. Hazırda isə ölkəmizdə risk qrupları ilə aparılan zərərin azaldılması proqramları nəticəsində inyeksion narkotik istifadəçiləri arasında İİV-ə yoluxanların sayının 2 dəfə azalmasına nail olunub".
KONKRET.azSəhiyyə Nazirliyinin mətbuat xidmətində istinadla bildirir ki, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin şöbə müdiri Səbuhi Əliyev deyib. Mərkəzin risk qrupları arasında həyata keçirdiyi məqsədli fəaliyyəti sayəsində Azərbaycanda epidemiyanın təmərküzləşmiş səviyyədə olduğunu deyən şöbə müdiri vurğulayıb ki, Şərqi Avropa, Mərkəzi Asiya regionu ölkələri arasında Azərbaycan yoluxma üzrə son yerlərdədir. Eyni zamanda, Səhiyyə Nazirliyinin dəstəyi nəticəsində İİV üzrə göstəricilərdən asılı olmayaraq, xəstəyə yoluxmanın aşkarlandığı vaxtdan, antiretrovirus terapiya proqramına cəlb olunması üçün təminat təşkil olunub.
S.Əliyev İİV infeksiyasına qarşı görülən profilaktik tədbirlərdən də danışıb: "İİV-lə mübarizə sistemində xəstələrin aşkarlanmasından başlayaraq, müalicəyə cəlb olunmaları və hətta onun davam etdirilməsi profilaktika tədbirlərinə aiddir. Beləliklə, mərkəz tərəfindən İİV-ə yoluxanların erkən aşkarlanması, dərhal antiretrovirus terapiyasına cəlb edilməsi, müalicənin davamlılığının təmin edilməsi, əhalinin İİV-lə bağlı biliklərinin artırılması və bu biliyin əsasında davranışların tənzimlənməsi, onun müşahidə dövrünün hər bir mərhələsində sağaldılması ilə yanaşı, yoluxdurmaq imkanlarını azaldaraq, profilaktika tədbirləri həyata keçirilir. Mərkəzin cəmiyyətdə stiqma və diskriminasiya ilə bağlı aparılan mübarizə tədbirləri də xəstələrin müayinələrdən yayınmasını əngəlləyərək müalicəyə erkən cəlb olunmalarına sövq edir, İİV-in yayılmasının qarşısının alınmasına xidmət göstərərək profilaktik xarakter daşıyır".
Səhiyyə Nazirliyinin müvafiq əmri ilə respublikada stasionar Könüllü müayinə və məsləhətləşmə məntəqələri şəbəkəsinin yaradıldığını qeyd edən mütəxəssis bu məntəqələrin stasionar və mobil şəkildə təşkil edildiyini vurğulayıb: "Bu strukturlar əhalinin geniş əlçatanlığını nəzərə alaraq, ambulator poliklinika tipli müəssisələrdə şəxsin dini, irqi, milliyyəti və sosial-iqtisadi vəziyyətindən asılı olmayaraq, ona İİV-lə bağlı məlumatı təqdim edir, İİV-ə müayinə aparır və nəticə etibarilə müvafiq tövsiyələr verir. Xidmət anonim formada də aparılır. Burada məqsəd erkən aşkarlama və maarifləndirməyə xidmət edir. Bununla yanaşı, eyni məqsədlə respublikada mobil Könüllü müayinə və məsləhətləşmə məntəqələri şəbəkəsi də fəaliyyət göstərir. Ümumilikdə 12 mini avtobus bazasında yaradılaraq, müxtəlif marşrutlarda ixtisaslı Könüllü müayinə və məsləhətləşmə məntəqələri xidməti göstərilir. Mobil şəbəkənin əsas təyinatı, cəmiyyət üçün qapalı olan və yoluxmaya yüksək risk təşkil edən əhali qrup nümayəndələri arasında müayinə və məsləhətləşmənin aparılması məqsədini daşıyır".
S.Əliyev qeyd edib ki, virusa yoluxmanın qarşısını almaq üçün ilk növbədə yoluxma yolları barədə məlumatlı olmaq lazımdır. İnsanlara təsadüfi, qorunmamış cinsi əlaqələrdən çəkinmək, zərərli vərdişlərdən uzaq olmaq tövsiyə olunur. Bununla yanaşı, xüsusilə ana bətnində yoluxmanın qarşısını almaq məqsədilə hamilə qadınların İİV-ə müayinəsi, İİV-ə yoluxan hamilələrin müalicəyə sadiqliyi tövsiyə olunur. Həmçinin İİV-ə yoluxmanın qarşısının alınmasında təmasdan öncəki və sonrakı profilaktikanın böyük əhəmiyyəti var.

Sağlamlıq       Tarix: 27 fevral 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə

Müalicəsi olmayan və gizli yayılan mərəz – Hantavirus COVID-i geridə qoyacaqmı?

"MV Hondius" kruiz gəmisi ətrafında vəziyyət gərgin olaraq qalır: səkkiz nəfər xəstələnib, beş nəfərin And virusuna (təhlükəli hantavirus növü) yoluxduğu laboratoriyada təsdiqlənib. Yoluxanlardan üçü gəmidən kənard

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə

Ebola virusu yenidən alovlandı və sürətlə yayılır - XƏBƏRDARLIQ

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusunun yayılması nəticəsində 131 nəfər həyatını itirib, 513-dən çox şübhəli yoluxma halı qeydə alınıb. xəbər verir ki, bu barədə BBC məlumat yayıb. KDR hökumətinin sözçüsü bildiri

Yaponiyada 2028-ci ildən insanlara donuz böyrəyi köçürüləcək

Yapon startapı PorMedTec 2028-ci ildə genetik modifikasiya edilmiş donuz böyrəklərinin insanlara transplantasiyası üzrə ilk klinik sınaqlara başlamağı, 2029-cu ildə isə bu texnologiyanın şərti təsdiqi üçün müraciət etməy

COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb. KONKRET.aztrend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına əsasən, qlobal miqyasd

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

Kəsim yerlərindən alınan ətdən qarayara xəstəliyi keçə bilərmi?

Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi bu xəstəliyin kəsim yerlərindən alınan ətlərdən keçə biləcəyi və təhlükəsizlik məsələlərini gündəmə gətirib. KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı -a açıqlama verən qid


son xeberler azerbaycan xeberleri yeni xeberler xeber.az 2026 xəbər az en son xeber cebheden xeber