Azərbaycanda iqlim dəyişikliyi kənd təsərrüfatını ciddi təzyiqlə üzləşdirib

Azərbaycanda iqlim dəyişikliyi kənd təsərrüfatını ciddi təzyiqlə üzləşdiribDünyada baş verən iqlim dəyişikliyinin təsiri artıq aydın surətdə görünməkdədir, bunun əlamətləri Azərbaycanda da müşahidə edilməkdədir. İqtisadiyyatın digər sahələri ilə müqayisədə iqlim şəraitindən ən çox asılı olan sahə kənd təsərrüfatıdır.
Milli.Az Trend-ə istinadən bildirir ki, kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirlinin dediyinə görə, kənd təsərrüfatı istehsalı hava şəraitinə həssasdır və beləliklə, birbaşa iqlim dəyişikliyinin təsirinə məruz qalır:
"Hazırda dünyanın bir çox ölkəsində olduğu kimi Azərbaycan ərazisində mövsüm üçün xarakterik olmayan hava şəraiti müşahidə edilir. Qış fəslinin ən sərt dövrü olan və el arasında "kiçik çillə"nin başlanğıcı hesab edilən fevral ayında havanın temperaturu normadan yüksəkdir və bəzi günlərdə aran rayonlarında 15-20% təşkil edir.
Ümumiyyətlə, Azərbaycan iqlim dəyişikliyinə həssas ölkədir, əkin sahəsinə görə əsas bitki isə taxıl bitkisidir. Payız fəslində normalda kifayət qədər yağıntı düşən bölgələrdə əkin mövsümü zamanı yağıntının ümumiyyətlə olmaması ciddi çətinliklər yaradıb. Torpaqda rütubətin kifayət qədər olmaması səbəbindən səpilən toxumların çox hissəsi cücərməyib, cücərmiş toxumlar isə inkişaf etməyib. Bitkilər üçün mövcud əlverişsiz şərait gəmiricilər üçün ideal şərait hesab olunur və onlar mövcud şəraitdən istifadə edərək nəsillərini daha çox artırır, bitkilərin kökü və yerüstü orqanları ilə qidalanaraq ciddi ziyan vururlar. Kəskin iqlim dəyişmələri zamanı məhsuldarlıq aşağı, məhsul itkisi böyük olur və məhsulun keyfiyyəti aşağı düşür".
Ekspert bildirir ki, ölkədə bitkiçilik məhsullarının 80 faizindən çoxu suvarılan torpaqlarda istehsal olunur: "Bu baxımdan, iqlim dəyişmələrinin təsiri ilə su resurslarının azalması kənd təsərrüfatını ciddi təzyiqlə üzləşdirib. "Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"ndə iqlim dəyişikliklərinin kənd təsərrüfatına təsirini azaltmaq üçün önləyici tədbirlərin görülməsi nəzərdə tutulub. İqlim dəyişikliyinin təsirinin azaldılması üçün görülən tədbirləri iki qrupa ayırmaq olar: 1. adaptasiya tədbirləri, 2. yumşaldıcı tədbirlər.
Adaptasiya tədbirləri kənd təsərrüfatı fəaliyyətlərini iqlim dəyişikliyinə uyğunlaşdırmağı nəzərdə tutur. Belə tədbirlər həm dövlət səviyyəsində, həm də fərdi fermer təsərrüfatı səviyyəsində görülə bilər. Əgər iqlim dəyişikliyi su resurslarının azalması ilə nəticələnibsə, biz öz fəaliyyətimizi su çatışmazlığına uyğunlaşdırmalıyıq. Misal üçün, əkin sahələrinin suvarılmasında ənənəvi selləmə suvarmadan imtina edib müasir suvarma metodlarını tətbiq etməliyik. Mütərəqqi suvarma metodlarının tətbiqi həm suya qənaət etməyə, həm də torpağın şoranlaşmasının qarşısını almağa imkan verir.
Yumşaldıcı tədbirlər isə iqlim dəyişkliyini yaradan səbəblərin aradan qaldırılmasına yönəlir. İqlim dəyişikliyinin əlamətlərindən biri də yağıntının qeyri- bərabər paylanmasıdır. Yəni illik yağıntının miqdarı normaya uyğun olur, lakin bu yağıntı həm fəsillər üzrə, həm də coğrafi ərazi üzrə bərabər paylanmır".
N.Nəsirli qeyd edir ki, iqlim dəyişikliyinin ətraf mühitə və biomüxtəlifliyə böyük təsirləri var: "İqlimin dəyişməsi meşələrdə biomüxtəlifliyə, meşələrdən istifadə edən və dolanışığı meşədən asılı olan icmalara böyük təsir göstərir.
İqlim dəyişikliyinin təsiri nəticəsində qlobal miqyasda dəniz səviyyəsinin qalxması sahil bölgələrdə daşqının tezliyi və intensivliyini artırır. Belə daşqınlar əkin sahələrini məhv edir, torpaq eroziyasını sürətləndirir, suyu çirkləndirir və yollara, körpülərə, məktəblərə və digər infrastrukturlara ziyan vurur. Lakin Azərbaycanın yerləşdiyi coğrafi məkanda iqlim dəyişikliyi güclü daşqınlarla deyil, yağıntının azlığı və quraqlıqla müşahidə edilir.
Vaxtilə 20 ildə bir dəfə baş verən ekstremal hava şəraiti hazırda 2 ildən bir baş verir. Başqa sözlə, əgər 50 il bundan öncə quraqlıq 20 ildə bir dəfə baş verirdisə, hazırda 2 ildən bir quraqlığın baş verməsi gözlənilir. Ona görə də, hazırkı şərait kənd təsərrüfatında istehsal modellərinə yenidən baxmağı, müasir becərmə texnologiyalarının və suvarma metodlarının tətbiqini tələb edir".
Milli.Az /news.milli.az

İqtisadiyyat     Baxılıb: 550   Tarix: 09 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

Tesla yüksəlişdədir, BYD isə mövqeyini itirir

Elektrikli nəqliyyat vasitələri bazarının ən böyük arenası olan Çində ilin ilk iki ayı üzrə satış məlumatları maraqlı mənzərə ortaya qoyub. ABŞ-da yerləşən Tesla, ölkədə istehsal olunan elektrikli nəqliyyat vasitələrini

"Avromed Company" MMC Ramazan bayramında uşaq sığınacağını ziyarət edib - FOTOLAR

Ölkənin qabaqcıl əczaçılıq şirkətlərindən olan "Avromed Company" MMC mübarək Ramazan bayramı münasibətilə növbəti xeyriyyə aksiyasını həyata keçirib. xəbər verir ki, korporativ sosial məsuliyyət prinsiplərini fəaliyyətini

Bu şəxslərin maaşı 35 faiz artırıla bilər

"İncəsənət sektorunda beynəlxalq müsabiqə qalibləri sertifikatlaşdırmadan azad olunması məqsədəuyğun olardı. Eyni zamanda, Məccələnin 67-i maddəsində 3 dəfə deyil, ən azı 2 dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər sertifikatlaşdırmay

"Bank Respublika" və EIB Global kredit sazişi imzaladı

"Bank Respublika" və Avropa İnvestisiya Bankının (EIB) Avropa İttifaqından kənar layihələri maliyyələşdirən bölməsi olan EIB Global Azərbaycanda mikro, kiçik və orta sahibkarlığın (KOB) dəstəklənməsinə yönəlmi

Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim etdi - FOTOLAR

Barselonada keçirilən Mobile World Congress(MWC) qlobal rabitə və texnologiya ekosisteminin aparıcı nümayəndələrini biraraya gətirib. Hər il olduğu kimi bu dəfə də konqres sənayenin inkişafına təsiredən əsas mövzuların müzakirəsi

Elektrotexnika avadanlıqları bahalaşacaq

Yaxın Şərqdə son dövrlərdə artan gərginlik və baş verən hadisələr qlobal ticarətə, xüsusilə Dubay kimi böyük tranzit mərkəzlərinə təsir göstərir. Azərbaycanda isə çoxsaylı mobil telefonlar Dubay üzərindən ölkəmizə gətirilir

Yelo Bank Qlobal Pul Həftəsinə 'Yelo Finance Talks' layihəsi ilə qoşulub

 Dünyanın 170-dən çox ölkəsində qeyd olunan və uşaqların, gənclərin erkən yaşlarından maliyyə biliklərinə yiyələnməsini hədəfləyən "Qlobal Pul Həftəsi" (Global Money Week 2026) Azərbaycanda da start götürüb. İqtisad

Unibank Qlobal Pul Həftəsi çərçivəsində məktəblilər üçün tədbir keçirib

Unibank KB 16–22 mart tarixlərini əhatə edən "Qlobal Pul Həftəsi" (Global Money Week) münasibətilə məktəblilər üçün maarifləndirici tədbir təşkil edib. xəbər verir ki, tədbirin məqsədi gənc nəslə maliyyə savadlılığını

Müharibə ən çox zərbəni turizm sektoruna vurur: Bu şəhərlər çıxılmaz vəziyyətdədir

Yaxın Şərqdə genişlənən hərbi münaqişə region iqtisadiyyatına, xüsusilə turizm sektoruna ciddi zərbə vurur. . "Financial Times" qəzetinin Ümumdünya Səyahət və Turizm Şurasına (WTTC) istinadən yaydığı məlumata görə


azerbaycan xeberleri yeni xeberler son xeberler kriminal xeber en son xeberleri son xabar cəbhədən görüntülər