Azərbaycanda kartof-soğan əkini azalıb - Bazarda qiymət artımı gözlənilirmi? - AÇIQLAMA + FOTO

Azərbaycanda kartof-soğan əkini azalıb - Bazarda qiymət artımı gözlənilirmi? - AÇIQLAMA + FOTOAzərbaycanda kartof-soğan əkini azalıb - Bazarda qiymət artımı gözlənilirmi? - AÇIQLAMA + FOTO
Bu il Azərbaycanda bir sıra kənd təsərrüfatı məhsullarının əkin sahələrində azalma var. Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2023-cü ilin yanvar-may aylarında 341,8 min hektar sahədə və ya 2022-ci ilin eyni dövrü ilə müqayisədə 10,7 faiz az yazlıq bitkilərin səpini aparılıb. Bu zaman ölkə əhalisinin qida rasionunda mühüm yer tutan kartof əkinləri 10,4 faiz və ya 5691 hektar azalmaqla 48 min 990 hektar təşkil edib.
Bu il həmçinin ölkədə 10 990 hektar sahədə soğan əkilib. Son illərdə ölkədə soğan əkini sahələrində azalma olsa da, məhsuldarlığın artması hesabına ümumi istehsalın artması müşahidə edilir. 2019-cu ildə 12 389 hektar sahədən 267 229 ton,  2021-ci ildə 11 647 hektardan 286 375 ton soğan yığılıb. Ötən il isə 10221 hektar sahədən 275 195 ton soğan əldə olunub.
2019-cu ildə 56 921 hektar sahədən bir milyon 4172 ton, 2021-ci ildə 56 104 hektar sahədən bir milyon 61 958 ton kartof əldə edilib. 2022-ci ildə 54,7 min hektar sahədən bir milyon 74,3 min ton kartof yığılıb.
Bəs görəsən, kartof və soğan əkininin azalması bu məhsulların satış qiymətlərinə təsir edəcəkmi?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən iqtisadçı-ekspert Asif İbrahimovun sözlərinə görə, kartof və soğan əkininin 10-12 faiz aşağı düşməsi qiymətlərə təsir etməyəcək:
Azərbaycanda kartof-soğan əkini azalıb - Bazarda qiymət artımı gözlənilirmi? - AÇIQLAMA + FOTO"Həmin məhsulların Azərbaycanda da əkini həyata keçirilir. Bu məhsul daxili tələbatımızın bir hissəsini ödəyir. Soğanın xüsusən Abşeron yarımadasında əkini həyata keçirilir. Kartof Azərbaycana daha çox Gürcüstan və İrandan daxil olur. Daxili tələbatımızı bu şəkildə ödəyirik. Bu məhsulların əkininin 10-12 faiz aşağı düşməsi qiymətlərə təsir etməyəcək".
Ekspert qeyd edib ki, qiymətlərin əmələgəlmə prosesi hər hansı məhsulun ərsəyə gətirilməsində sərf olunan xərclərdən asılıdır:
"Məhsulun daxili istehsalında gübrələrin alınması, əkin prosesinin həyata keçirilməsi, daşınması, becərilməsi və yığılmasında çəkilən xərclər qiymətlərə təsir edə bilər. Xaricdən idxal etdiyimiz məhsulun ölkəyə gətirilməsi prosesində, gömrük rəsmiləşdirilməsində, daşınmasında, saxlanılmasında xərc artarsa, qiymət də bahalaşacaq".
A. İbrahimov məhsulun satış qiymətində tələb və təklifin də əsas rol oynadığını diqqətə çatdırıb: 
"Bazarda məhsulun qıtlığı yaranarsa, qiymət bahalaşacaq. Xərcləri azaltmaq lazımdır. Hansısa məhsulun əkininin azalması halı varsa, o məhsulun ölkəyə idxalını artırmaqla balans yaratmaq mümkündür. Eyni zamanda xərci azaltmaq lazımdır ki, qiymət artmasın. Bunun idxala təsirinə gəlincə, məhsul əvvəlki dövrdən fərqli olaraq, 10-12 faiz artıq idxal olunacaq. Bütün hallarda xərclər tənzimlənməlidir. Misal üçün, Ukrayna Rusiya müharibəsi başlayandan sonra belə problemlər daha çox özünü göstərməyə başlayıb. Xüsusilə qida məhsullarında bu cür problemlər üzə çıxıb. Rusiyada tələbat az olanda, məhsul ucuzlaşdı. Elə ki, tələbat artdı, dərhal bahalaşma baş verdi. Ona görə də balansı saxlamaq əsas məqamdır".
İqtisadçı Fuad İbrahimov isə qeyd edib ki, əsasən ixraca yönələn məhsullar sahəsində azalma müşahidə olunub:
Azərbaycanda kartof-soğan əkini azalıb - Bazarda qiymət artımı gözlənilirmi? - AÇIQLAMA + FOTO"Statistika Komitəsinin məlumatlarına əsasən, ötən illə müqayisədə 10,7 faiz az səpin aparılıb. Lakin məhsulun təyinatı göstərilməyib. Ümumi göstərilib. Daha çox ixraca yönələn məhsulların sahəsində azalma baş verib. Daxili bazara daxil olan və ya daxil olacaq məhsulların səpini ilə bağlı ciddi azalma yoxdur. 2019-cu ildə də bu məsələ gündəmə gəlmişdi. Ümumən daxili bazarda səpin azalmır. Ona görə də sadəcə ixracda çəkimiz azalacaq. Hər hansı bir ciddi təhlükə yoxdur".
Nəzrin Vahid

Maraqlı       Tarix: 07 iyul 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO. ABŞ-nin Şimali Karolina ştatının sahillərində iki sıra əyri, dişəbənzər kənarları olan qorxunc, nəhəng kəllə sümüyünün bir hissəsi aşkar edilib

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ. 1911-ci ildə Zaqulbada işləyən ailələrin uşaqları üçün sümük-vərəm xəstəlikləri sanatoriyası açılıb. Belə ki, buranı həmin dövrdə yaşayan professo

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB. "Dayaq-hərəkət aparatının xəstəlikləri, xüsusən də artroz olan xəstələrdə hava şəraiti dəyişdikdə ağrılar artır". Bu barədə rusiyalı revmatoloq Alina Puzakova danışıb

Yerə oxşayan yeni planet aşkarlandı - FOTO

Yerə oxşayan yeni planet aşkarlandı - FOTO. Alimlər bizdən nisbətən yaxın məsafədə - 55 işıq ili məsafəsində yerləşən "SPECULOOS-3b" adlı, ölçülərinə görə Yerə oxşayan daş planet aşkar ediblər. Araşdırma "Natur

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO. Əbu-Dabi - səhranın üstündə yüksələn şəhərdir. Birləşmiş Ərəb Əmirliklərinin yeddi əmirliyindən biri və ölkənin biznes, siyasi

Wolt Market fəaliyyətini genişləndirməklə yanaşı sürət, davamlılıq və əlçatanlıq prinsiplərinə sadiqliyini gücləndirir

"Dark store" formatında fəaliyyət göstərən və sürətlə böyüyən onlayn supermarket şəbəkəsi Wolt Market (WM), keçmiş Nəsimi Bazarı ərazisində yeni mağazasının açılışını elan etməkdən məmnunluq duyur. Bu yeni mağaz

May ayının təqvimində yeni əlamətdar gün peyda oldu

May ayının təqvimində yeni əlamətdar gün peyda oldu. BMT Baş Assambleyası 25 may tarixinin Ümumdünya Futbol Günü elan olunması barədə qətnamə qəbul edib. Bu barədə beynəlxalq təşkilatın Mətbuat Xidməti məlumat yayıb. Qey

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz. Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə qədər artacağını müəyyən ediblər. Beynəlxalq alimlər qrupu 2050-ci ilə qədər qlobal ömür uzunluğu il

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı. Mayın 10-da başlayan güclü maqnit qasırğasının gözlənilən müddəti ən azı iki gün olacaq. Bu barədə Rusiya Elmlər Akademniyasının Günəş-Yer Fizikası İnstitutunu


azerbaycan xeberleri son xeberler yeni xeberler bugünkü son xəbərlər ən son xəbərlər sonxabar az sonxabar