"Azərbaycanda normal dərman tapmaq çox çətindir" - Həkim ETİRAZ ETDİ
Xaricdən ölkəmizə idxal edilən dərman vasitələrinin keyfiyyəti ilə bağlı narazılıqlar bitmək bilmir. Mütəmadi olaraq sosial platformada xaricdə satılan dərman vasitələri ilə müqayisədə ölkəmizdə satılan dərmanların keyfiyyətində fərq olduğu bildirilir. Sosial platformalarda buna bənzər çoxlu sayda dərmanların keyfiyyətindən narazı dolu fikirlərə rast gəlmək mümkündür. Hətta bunda ölkəmizə dərman idxalı ilə məşğul olan şirkətləri günahkar hesab edənlər də az deyil. Səslənın iddialardan biri də odur ki, ölkəmizə dərman idxal edən şirkətlər istehsalçı şirkətlərlə sövdələşərək dərmanları ucuz almaq üçün onların aşağı keyfiyyətdə istehsalına nail olurlar. Görəsən, ölkəmizdə satılan dərman vasitələrinin keyfiyyətinin xarici ölkələrdə satılan dərmanlarla müqayisədə keyfiyyətsiz olması barədə iddialar nə dərəcədə doğrudur?
KONKRET.az xəbər verir ki, bununla bağlı "Demokrat.az"a açıqlama verən tanınmış nevropotoloq Qalib Əsədov bildirir ki, Azərbaycanda keyfiyyətli dərman məsələsi ciddi problem olaraq qalmaqdadır:
"Biz CMP sertifikatına uyğun olan, Ümumdünya Səhiyyə Təşkilatının verdiyi protokollarda olan dərmanları xəstələrə yazmağa çətinlik çəkirik. Çünki bu dərmanları xəstələr tapa bilmir.
Daha doğrusu, bu dərmanlar Azərbaycanda yoxdur. Kimsə gedib onları Rusiyadan, Türkiyədən, İrandan alıb gətirməlidir. Qeyd edim ki, bizim aptekdə olan dərmanların əksəriyyəti bioloji aktiv əlavələrdir, onların heç biri molekula deyil. Hamısı "dazıotu", "pişikotu" tipli şeylərdir. Bu həqiqətdir ki, Azərbaycanda xəstəliyə təsir edən normal bir dərman tapmaq çox çətindir".
Turlar.az [newsid: 0-123300]

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Azərbaycanı Qarabağ məsələsinin həlli ilə bağlı təbrik edirəm... - Kadırov
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanın MDB-də mövqeyi güclənir: 2027–2028-ci illər üçün mühüm qərar
Şahbaz Şərif İlham Əliyevə zəng etdi
Moldovanın keçmiş Baş naziri: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır
Bu maşınlar kəskin bahalaşdı - FOTO
Kamboca baş naziri Azərbaycana gəldi
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
İlham Əliyev və Ramzan Kıdırov "Bakı Ağ Şəhər"də olublar
"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto