Azərbaycanda qapalı yerlərdə maska taxmaq tələbi niyə ləğv edilmədi? - AÇIQLAMA + ÖZƏL

Azərbaycanda qapalı yerlərdə maska taxmaq tələbi niyə ləğv edilmədi? - AÇIQLAMA + ÖZƏLBu günlərdə Nazirlər Kabineti yanında Operativ Qərargah Azərbaycanda karantin qaydalarının yumşaldılması ilə bağlı qərar qəbul etdi. Yeni qərarla ölkədə əksər məhdudiyyətlər aradan qalxdı. Artıq əhali arasında pandemiya dövrünün başa çatması ilə bağlı fikir formalaşır. Bəs görəsən, həqiqətən də, pandemiya dövrünün sonu gəlibmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan tibb üzrə ekspert, professor Adil Qeybulla bildirib ki, artıq virusa qarşı kollektiv ummunitet formalaşıb:
"Virusun mutasiyaları davam edir. "Omikron" ştamı koronavirusun sonuncu ştamı deyil. Bundan sonrakı ştamların necə olacağı barədə birmənalı fikir bildirmək çətindir. Lakin "omikron" ştamı koronavirusun əvvəlki ştamlarından xeyli fərqli davranış göstərdi və yoluxuculuq qabiliyyəti yüksək oldu. Bu ştama yoluxan şəxslərdə də ağırlaşmalar çox olmadı. Bütün bunlar pandemiyanın getdikcə zəiflədiyinə dair müəyyən ümidlər yaradır. Əsas məsələ budur ki, "omikron" ştamı vaksin olunan və olunmayan hər kəsi virusa yoluxdurdu. Kollektiv immun sisteminin formalaşmasında bu çox vacib rol oynadı. Hesab edirəm ki, Azərbaycan kimi əhalisinin böyük əksəriyyətinin vaksin olunduğu bir ölkədə "omikron" ştamının da əlavə olaraq immuniteti gücləndirməsi pandemiya ilə mübarizəyə xeyli kömək etdi. Yəni belə demək olarsa, "omikron" vaksin qədər vacib iş gördü və bir növ təbiətin immmunizasiyası oldu".
Ekspertin sözlərinə görə, epidemioloji vəziyyətə uyğun olaraq bəzi yumşaldılmaların olması vacibdir:
"Karantin qaydalarının yumşaldılması ilə bağlı qəbul edilən bütün qərarlar təkcə Azərbaycanda qəbul olunmayıb. Ümumdünya Səhiyyə Təşkilatının bu barədə bəzi tövsiyələri var. Qardaş ölkə Türkiyə də yumşalma ilə bağlı müəyyən addımlar atıldı. Biz dünya ölkələrinin getdiyi yol ilə gedirik. İnsanlar artıq sərt karantin qadağalarından bezib. Əhalini ağır stresdən çıxarmaq üçün epidemioloji vəziyyətə uyğun olaraq müvafiq qərarlar verilməlidir.Qapalı yerlərdə maska məhdudiyyəti Türkiyədə artıq ləğv edilib. Yəqin ki, analoji qərar bizdə də tətbiq olunacaq. Hesab edirəm ki, bu məhdudiyyət aradan qalxarsa, daha yaxşı olar".
Şəbnəm Mehdizadə,
KONKRET.az

Sağlamlıq       Tarix: 07 mart 2022
f Paylaş

Oxşar xəbərlər

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsa

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

Pəncərə və qapılara dəfnə yarpağı qoyun: Həşəratlara qarşı "qalxan"

Yay tətili üçün evdən uzun müddətə ayrılarkən hamımızın ağlımızda eyni qorxu olur: "Geri qayıdanda evimi hamamböceği və ya qarışqalar basıb?" Kimyəvi dərmanlardan istifadə etmədən, evinizi bu "qonaqlardan"

Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır?

Paytaxt ərazisində son günlər qanadlı qarışqaların sayında nəzərəçarpacaq artım müşahidə edilir. milliaz-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda çoxlu sayda həşəratın xüsusilə işıq mənbələrini

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil

Kondisionerdən istifadə edənlərə diqqət: Həkim riskləri AÇIQLADI

Peyvənd mövsümü olmasa da, son günlər havaların qeyri-sabit keçməsi fonunda qrip və digər respirator infeksiyalara yoluxma halları yenidən müzakirə mövzusuna çevrilib. Temperaturun kəskin dəyişməsi, kondisionerlərdən intensi

Ebola virusu yenidən alovlandı və sürətlə yayılır - XƏBƏRDARLIQ

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusunun yayılması nəticəsində 131 nəfər həyatını itirib, 513-dən çox şübhəli yoluxma halı qeydə alınıb. xəbər verir ki, bu barədə BBC məlumat yayıb. KDR hökumətinin sözçüsü bildiri

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bu gun xankendi siyaseti xeberler bugun cəbhədən xəbərlər