Azərbaycanda tanınmış professor vəfat etdi
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin professoru vəfat edib.
Azxeber.com xəbər verir ki, bu barədə universitetdən məlumat verilib. Bildirilib ki, Mexanika kafedrasının professoru Ələsgər Gülgəzli 13 dekabr tarixində vəfat edib.
Qeyd edək ki, 75 yaşlı professor uzun müddətdir, onkoloji xəstəlikdən əziyyət çəkirmiş
Ələsgər Səməd oğlu Gülgəzli 22 mart 1955-ci ildə Gürcüstan Respublikasının Saqareco Rayonunun Qaraçöp Mahalının Ləmbəli kəndində müəllim ailəsində anadan olmuşdur. 1962-1972 ci illərdə kənd orta məktəbində, 1972-1977 ci illərdə BDU-nun (o dövürki S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin) Mexanikar- Riyyaziyyat fakültəində təhsil almış, və "Mexanik" ixtisasına yiyələnmişdir. 16 sentyabr 1979-16 sentyabr 1982-ci il tarixdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin "ezamolunmuş" aspirantı olmuşdur. O, 1982-ci ilin sentyabrında fizika-riyyaziyyat elmləri doktorları, professor İ.A. Kiyko və professor A.N.Əlizadənin elmi rəhbərliyi ilə "Некоторые эадачи упруго-пластичности при нейтронном облучении" adlı dissertasiya müdafiə edərək, f.-r.e.n. elmi dərəcəsini almışdır.
16 sentyabr 1977- 16 sentyabr 1979-a kimi AMEA-da büyük laborant vəzifəsində işləmişdir. 09 okyabr 1982- 01 sentyabr 1991 tarixdə AMEA RMİ nəzdindəki XKB-da əvvəl böyük mühəndis, sonra layihənin baş konstruktoru vəzifələrində çalışmışdır.
01 sentyabr 1991-ildən 2019 cu ilin yanvarına kimi Azərbaycan Dövlət Neft Akademiyasının əvvəl "Nəzəri Mexanika" sonra kafedraların birləşməsi nəticəsində "Tətbiqi Mexanika", və "Mexanika" kafedralarında dosent vəzifələrində çalışır. 2014-ilin fevralında "Разработка теоретических основ необратимых деформаций при повторном нагружении и их применения» adlı doktorluq dissertasiyasını müdafiə etmiş, 2017-ci ilin dekabrında texnika elmləri doktoru alimlik dərəcəsini almışdır. 2019 cu ilin yanvarından bu günə kimi "Mexanika" kafedrasının professoru vəzifəsində çalışıb.
Gülgəzli Ələsgər Səməd oğlu beynəlxalq, regional və respublika səviyyəli elmi-texniki və konfranslarda dəfələrlə çıxış etmiş, 100-dən artıq elmi əsərin, o cümlədən 6 monoqrafiyanın (4-ü xaricdə), 2 dərsliyin, 2 metodik vəsaitinin və 3 patentin müəllifidir.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR