Azərbaycanda taxıl biçininə hazırlıq prosesi yekunlaşır
May ayının sonundan etibarən Azərbaycanda taxıl biçininə start veriləcək.
Milli.Az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar "Aqrolizinq" ASC tərəfindən biçinə hazırlıq işləri yekunlaşmaq üzrədir. Hazırda mövcud kombaynlara texniki baxış keçirilir, GPS cihazlarında sazlanma işləri aparılır, həmçinin nasaz vəziyyətdə olan texnikaların təmiri işləri həyata keçirlir.
Məlumatda bildirilir ki, bu il respublikada biçinə ümumilikdə 1 700-dən çox taxılbiçən kombaynın cəlb olunması gözlənilir:
"Bunun 700-dən çoxu "Aqrolizinq" ASC-yə məxsus olan, 990 ədədi isə fiziki şəxslərin və iri təsərrüfat sahiblərinin istifadəsində olan texnikalardır. Ötən il olduğu kimi bu il də "Aqrolizinq" ASC tərəfindən ilk növbədə 50 hektara qədər olan taxıl sahələrində biçin aparılacaq. Biçin qiymətləri də ötən ildə olduğu kimi qalır. 1 hektar taxıl sahəsi üçün biçin qiymətinin yuxarı həddi 38 manatdır".
Nazirlikdən qeyd ediblər ki, biçinə hazırlıq prosesinin əsas istiqamətləri biçin prosesində rayonlar üzrə texnikaya tələbatın müəyyən edilməsi, texnikanın düzgün dislokasiyası, biçin zamanı kənd və qəsəbələrdə növbəliliyin təşkil edilməsidir. Bu məqsədlə "Aqrolizinq" ASC-nin əməkdaşları tərəfindən karantin rejiminin qaydalarına əməl edilməklə kənd və qəsəbələrdə vətəndaşlarla maarifləndirmə işləri aparılır. Fermerlərə biçin haqqında ətraflı məlumatlar verilir, biçin prosesi, biçinə nəzarət, vətəndaşların növbəli biçin prosesinə əməl etməsinin vacibliyi haqqında tövsiyələr, çağırışlar edilir. Bu il biçin zamanı növbəliliyə riayət edilməsi və növbə pozuntusunun aradan qaldırılması prosesinə icra nümayəndəlikləri və bələdiyyələr də cəlb ediləcək. Biçinə nəzarət Kənd Təsərrüfatı Nazirliyində yaradılmış Mərkəzi Qərargah tərəfindən, yerlərdə isə Dövlət Aqrar İnkişaf Mərkəzləri (DAİM) tərəfindən GPS trekerlər vasitəsi ilə həyata keçiriləcək.
Hazırda fermerlərə biçində növbəliliyin təmin edilməsinin vacibliyini əks etdirən bukletlər paylanır, kənd və qəsəbələrin mərkəzi yerlərində məlumatlatlandırıcı elanlar vurulur. Bu istiqamətdə ilk maarifləndirici görüşlər düşmənlə təmas xəttində yerləşən Füzuli rayonunun Qazaxlar kəndində, Ağcabədi, Beyləqan, Sabirabad, Hacıqabul, Ağdaş, Yevlax, Bərdə, Tərtər rayonlarında keçirilib. Görüşlər respublikanın taxıl əkilmiş bütün rayonlarını əhatə edəcək.
Milli.Az /news.milli.az

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar