Azərbaycanda yüksək vəzifəyə YENİ TƏYİNAT - FOTO
Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanovun əmri ilə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna direktor təyin olunub.
KONKRET.az xəbər verir ki, İnstitutun direktoru vəzifəsini tanınmış ortoped-travmatoloq Elviz Qasımov icra edəcək. Vüqar Qurbanov yeni direktoru kollektivə təqdim edib.
Qeyd edək ki, E. Qasımov Türkiyə Cümhuriyyətinin Hacettepe Universitetinin (Ankara) Tibb fakültəsini (ingiliscə) bitirib. Daha sonra isə Mərmərə Universiteti Xəstəxanası (İstanbul) Ortopediya və Travmatologiya Kafedrasında Tibbdə Uzmanlıq təhsili alıb.
Səmərəli fəaliyyətinə görə, E. Qasımov 2018-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə "Əməkdar həkim" fəxri adına layiq görülüb. Tibb üzrə fəlsəfə doktoru E. Qasımovun nüfuzlu tibb jurnallarında bir çox elmi məqaləsi və müxtəlif elmi işləri dərc edilib.


Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Azərbaycanı Qarabağ məsələsinin həlli ilə bağlı təbrik edirəm... - Kadırov
Xankəndi Ultramarafonuna yekun vuruldu
Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Azərbaycanın MDB-də mövqeyi güclənir: 2027–2028-ci illər üçün mühüm qərar
Şahbaz Şərif İlham Əliyevə zəng etdi
Moldovanın keçmiş Baş naziri: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır
Bu maşınlar kəskin bahalaşdı - FOTO
Kamboca baş naziri Azərbaycana gəldi
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
İlham Əliyev və Ramzan Kıdırov "Bakı Ağ Şəhər"də olublar
"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto