Azərbaycanı ayağa qaldıran seksual manyakla bağlı YENİ XƏBƏR
İmişli rayonunda himayəsində olan azyaşlı qızı zorlayaraq onu hamilə qoyan şəxs həbs edilib.
Ölkədə böyük əks-səda doğuran hadisəni törədən Qurban Qurbanov barəsində Cinayət Məcəlləsinin 2 maddəsi ilə iş açılıb. O, İmişli rayon məhkəməsinin qərarı ilə həbs edilib və barəsində istintaq dövrü üçün 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.
Baş Prokurorluğun mətbuat xidmətindən Azxeber.com-a verilən məlumata görə, İmişli rayon sakini 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) atalığı il 1978-ci il təvəllüdlü S.C (ad şərtidir) tərəfindən zorlanması faktı əsasında sonuncuya Cinayət Məcəlləsinin 149.3.3 (zorlama təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) və 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.
Məlumat üçün bildirək ki, qeyd edilən maddələr üzrə təqsirləndirilən şəxsi 15 ilədək həbs cəzası gözləyir.
Xatırladaq ki, atalığı tərəfindən cinsi zorakılığa məruz qalmış 11 yaşlı qızın övladı Respublika Klinik Xəstəxanasının Patologiyası şöbəsində qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib. Körpə 30-31 həftəlik ikən dünyaya gəlib. Hazırda onların səhhətinin normal olduğu bildirilir.
Kurslar.az kurslar [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR