Azərbaycanın aparıcı investisiya şirkətlərindən biri rebrendinq edib
"Unicapital İnvestisiya Şirkəti" ASC yenilənmişvizual konseptini və "Hədsiz imkanlar" şüarını təqdim edib. Həmçinin Şirkət ötənaylarda yenilənmiş "unicapital.az" saytını istifadəyə verib.
İnvestisiyasahəsindəki 15 illik fəaliyyəti müddətində Şirkətin mükəmməl ictimaireputasiyası formalaşıb. "Unicapital"ın hazırkı strategiyası isə müştərilərinədaha geniş investisiya xidmətləri təqdim etmək, innovativ yanaşması ilə investisiyasahəsini hər kəs üçün əlçatan etməkdir. Şirkət yeni bazarlara çıxışı təmin etməkdə,təqdim etdiyi investisiya alətlərinin siyahısını artırmaqda davam edir. Yenikonsept isə bu təşəbbüsü bariz şəkildə nümayiş etdirir.
Xatırladaq ki, Nizamnamə kapitalı 100%-lik "Unibank KB ASC"yə məxsus olan"Unicapital İnvestisiya Şirkəti", 2007-ci ildən qiymətli kağızların yerləşdirilməsivə investisiya, həmçinin törəmə maliyyə alətləri üzrə xidmətlər təqdim edir.Şirkət fond bazarının peşəkar iştirakçıları arasında əqdlərin həcmi üzrəaparıcı yer tutmaqda davam edir və Bakı Fond Birjasında ən uzunmüddətli üzvlüyəmalikdir.
Böyük Britaniyanın "International Finance" jurnalının araşdırmasına əsasən, "Unicapitalİnvestisiya Şirkəti" ASC "Azərbaycanda Ən Yaxşı İnvestisiya Şirkəti -2020" və "AzərbaycandaƏn Yaxşı Broker Xidmətinin Təşkili- 2020" mükafatlarına layiq görülüb.
Hazırda "Unicapital" investorların həm yerli, həm də 17-dən artıq xaricikapital bazarına çıxışını təmin edir. Bazardakı uğurlu təcrübəsinə əsasən,Unicapital Azərbaycan bazarında iştirak etmək istəyən xarici investorlar, həmçinin,beynəlxalq bazarlara investisiya etmək istəyən fiziki və hüquqi şəxslər üçünetibarlı tərəfdaşdır.

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"
Hindistan Azərbaycandan neft alışını 5 dəfə artırdı
Dövlət dəstəyi almaq istəyənlər üçün ŞƏRTLƏR AÇIQLANDI
Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTOLAR
Leyla Əliyeva Şamaxıda "Capybara Azerbaijan" fermasında olub - FOTOLAR
Temperatur dəyişir, sağlamlıq risk altına düşür? – Terapevtdən XƏBƏRDARLIQ