Azərbaycanın Avropa İttifaqı ölkələri üzrə ixrac və idxal dəyəri - SİYAHI
Azərbaycanın Avropa İttifaqı ölkələri üzrə ixrac və idxal dəyəri - SİYAHI
Azərbaycanla Avropa İttifaqı ölkələri arasında ən çox ticarət dövriyyəsinə sahib ölkə İtaliyadır.
Oxu.Az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata əsasən, Azərbaycandan İtaliyaya 3 milyard 115,6 milyon dollar dəyərində məhsul ixrac, ölkədən Azərbaycana 303,5 milyon dollar dəyərində məhsul idxal edilib.
Ticarət dövriyyəsinə görə İtaliyadan sonra Almaniya gəlir ki, Azərbaycandan ölkəyə ixrac edilən məhsulların ümumi dəyəri 211,9 milyon dollar, ölkədən ixdal olunan məhsulların dəyəri isə 414,9 milyon dollar olub.
Həmçinin, Yunanıstana ixrac edilən məhsulların ümumi dəyəri 428,7 milyon dollar, ölkədən ixdal olunan məhsulların dəyəri isə 10,1 milyon ABŞ dolları təşkil edib.
Xorvatiyaya ixrac edilən məhsulların dəyəri 368,5 milyon dollar, ölkədən idxal edilən məhsulların dəyəri isə 2 milyon dollara yaxın olub.
İspaniyaya 275,9 milyon dollar dəyərində ixrac, ölkədən Azərbaycana 65,2 milyon dollar dəyərində idxal həyata keçirilib.
Çexiyaya ixrac edilən məhsulların dəyəri 192,1 milyon dollar, ölkədən idxal edilən məhsulların dəyəri isə 37 milyon dollara yaxın olub.
Eyni zamanda, Azərbaycandan Portuqaliyaya 130,8 milyon dollar həcmində məhsul ixrac, ölkədən Azərbaycana 8,5 milyon dollar dəyərində məhsul ixdal edilib.
Eləcə də, Avstriyaya ixrac edilən məhsulun dəyəri 104,1 milyon dollar, idxalın dəyəri isə 49,5 milyon dollar olub.
Qrafikdə digər Avropa İttifaqı ölkələri ilə Azərbaycan arasındakı ticarət dövriyyəsi əks olunub:
Nigar Məmmədova

Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR