Azərbaycanın bəzi ərazilərinə giriş-çıxış məhdudlaşdırıldı - DİN-dən AÇIQLAMA

Azərbaycanın bəzi ərazilərinə giriş-çıxış məhdudlaşdırıldı - DİN-dən AÇIQLAMAAzərbaycanın bəzi ərazilərinə giriş-çıxış məhdudlaşdırıldı - DİN-dən AÇIQLAMA
Əhali arasında "COVID-19" pandemiyasına yoluxma ilə bağlı dinamikanın artımı ilə əlaqədar olaraq, Nazirlər Kabinetinin qərarı ilə 14 oktyabr saat 00.00-dan başlayaraq Sabirabad şəhərinə, rayonun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndlərinə, Şəki şəhərinə və Kiş kəndinə operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, giriş-çıxış məhdudlaşdırılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub.
Qərardan irəli gələn vəzifələrin icrası ilə əlaqədar qeyd olunan rayon mərkəzlərinin və kəndlərin giriş-çıxışlarında xüsusi karantin postları təşkil edilərək polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları gücləndirilmiş iş rejimində xidmətə cəlb olunublar.
Bu təhlükəli virusun  geniş yayılmasının qarşısının alınması ilə əlaqədar tətbiq olunan bütün tədbirlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanın hər bir sakininin sağlamlığının qorunması məqsədilə həyata keçirilir.
"COVID-19 pandemiyası zəminində dünyada yaşanan hazırki fövqəladə vəziyyətdə və dövlətimiz üçün həssas bir dönəmdə ölkə əhalisinə xüsusi karantin rejimi müddətində göstərdikləri əzm və vətəndaş məsuliyyətinə görə bir daha təşəkkür edirik.
İnanırıq ki, qarşıdakı müddətdə də virusun geniş yayılmaması, insanlar arasında daha təhlükəli fəsadlar törətməməsi üçün vətəndaşlarımız, o cümlədən Nazirlər Kabinetinin qərarında adları  qeyd olunan Sabirabad və Şəki rayonlarının sakinləri karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının tələb və tövsiyələrini anlayışla qarşılayacaq və bununla əlaqədar tətbiq edilən bütün qayda və qadağalara ciddi riayət edəcəklər".
Xatırladaq ki, COVID-19 pandemiyası ilə əlaqədar ölkədə hazırki sanitar-epidemioloji vəziyyət təhlil edilərkən çox təəssüf ki, respublikanın bəzi ərazilərində əhali arasında virusa yoluxmanın dinamikasında yenidən ciddi artım müşahidə edilib. /oxu.az

Sosial       Tarix: 14 oktyabr 2020
f Paylaş

Oxşar xəbərlər

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama

"Milli Məclisin komitə iclasında təqdim etdiyimiz təkliflərdən biri də "çoxuşaqlı ailə" anlayışına yenidən baxılması ilə bağlıdır. Təklifə əsasən, mərhələli şəkildə üç və daha çox uşağı olan ailələrin çoxuşaql

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən son məlumat ensonxeberler valyuta məzənnələri butun xeberler