Azərbaycanın Əməkdar artisti Fransanın "Fəxri Legion" ordeninə layiq görüldü

Azərbaycanın Əməkdar artisti Fransanın Fransa Prezidenti Emmanuel Makronun 13 iyul 2022-ci il tarixli Fərmanı ilə Azərbaycan əsilli tanınmış müsuqiçi Adilə Əliyeva ölkənin ən yüksək hərbi və mülki dövlət mükafatı olan "Fəxri Legion" ordeni ilə təltif olunub.
Bununla bağlı Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb. 
Fransa Respublikasının milli bayramı ərəfəsində imzalanan fərmanda bildirilib ki, pianoçu, klassik musiqi festivalının təsisçisi Adilə Əliyeva musiqi sahəsində 46 illik xidmətinə əsasən bu mükafata layiq görülüb. 
Azərbaycanın Əməkdar artisti, Fransa Ali Beynəlxalq Musiqi Akademiyasının direktoru, professor Adilə Əliyeva bu xoş xəbərin sevincini dostları ilə bölüşüb:
"Əziz dostlar! Məmnuniyyətlə bildirirəm ki, bu gün Fransa Respublikasının Prezidenti Emmanuel Makronun fərmanı ilə mənə kavaler rütbəsi ilə "Fəxri Legion" ordeni verildi".
Bakı şəhərində anadan olan soydaşımız Bülbül adına orta ixtisas musiqi məktəbini və Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasını bitirib. Onun 50-dən çox ölkədə konsertləri təşkil edilib, məşhur səsyazma studiyalarında 30-dan çox kompakt diski yazılıb. Soydaşımızın konsert proqramına Qara Qarayev, Cövdət Hacıyev, Tofiq Quliyev, Oqtay Rəcəbov, Vaqif Mustafazadə, Arif Məlikov və digər Azərbaycan bəstəkarlarının da əsərləri daxildir. O, "Raxmaninov konsertlərinin ən yaxşı ifaçısı" mükafatına layiq görülüb, "Beynəlxalq VILLA-LOBOS" və "Zaqafqaziya" müsabiqələrinin laureatı olub.
Hazırda Fransanın Annemas şəhərində yaşayan A.Əliyeva 2001-ci ildən Fransa Beynəlxalq Musiqi Akademiyasının direktorudur. 1996-cı ildən etibarən Adilə Əliyeva adına Pianoçuların Beynəlxalq Müsabiqəsi keçirilir. Fransa və İsveçrədə iki ildən bir təşkil edilən müsabiqə dünyanın müxtəlif ölkələrindən, o cümlədən Azərbaycandan olan istedadları üzə çıxarır, onları tanıdır və təhsillərinin xaricdə davam etdirilməsi üçün şərait yaradır. 
"Diasporla İş üzrə Dövlət Komitəsi ölkəmizin həqiqətlərinin və mədəniyyətinin təbliğində fəal iştirak edən hörmətli və sevimli Adilə Əliyevanı bu yüksək mükafata layiq görülməsi münasibətilə ürəkdən təbrik edir, yaradıcılıq, ictimai və diaspor fəaliyyətində davamlı uğurlar qazanmağı arzulayır", - deyə məlumatda qeyd olunub.  

Şou Biznes       Tarix: 15 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan məşhur yapon serialında - Foto

Yaponiyanın məşhur "Vivant" serialının ikinci mövsümündə Azərbaycanın təbiəti, mədəni irsi və müxtəlif regionları təqdim olunacaq. Serialın Azərbaycanda çəkilişləri başa çatıb. Azərbaycan Turizm Bürosu (ATB) "Toky

Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu

Türkiyəli keçmiş model Deniz Akkayanın öz övladına xəsarət yetirməsi ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb. Bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. Keçirilən məhkəmə iclasının yekun qərarına əsasən

Yenidən məhkəmədə üz-üzə gələcəklər

Dünyaca məşhur müğənni Şakira və "Barselona"nın sabiq futbolçusu Jerar Pike oğlanları ilə görüş qaydalarını müzakirə etmək üçün yenidən Barselona məhkəməsində üz-üzə gələcəklər. "EL PAÍS" nəşri xəbər veri

Uzak şehir'in aktrisası onunla eşq yaşayır

"Bridgerton" serialının ulduzu Kori Milkristlə türkiyəli aktrisa Çağla Şimşəklə münasibətə başlayıb. Cütlük bazar ertəsi ilk dəfə görüşə çıxıb. Qeyd edək ki, Kori Milçrist "Bridgerton" serialında "Kra

Ölən qızı 11 ay əvvəl boşanıbmış

Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib. Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvə

Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar

Gəncədə müğənni əməliyyatdan sonra ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı vəfat edib. İlkin məlumata görə, onu

Survivor 2027'nin kapitanları onlar oldu

"Survivor 2027"nin yeni mövsümünün detalları bəlli olub. Layihənin aparıcısı Acun Ilıcalı ikiqat çempionlar Turabi Çamkıran və Ogeday Girişkenin yeni mövsümdə komanda kapitanı olacağını açıqlayıb. Könüllü iştirakçıla

Şakiranın yeni sevgilisi odur? - Məşhur aktyordan şayiələrə CAVAB

Hollivud aktyoru və rejissoru Ben Afflek müğənni Şakira ilə münasibətdə olması barədə yayılan şayiələrə ilk dəfə münasibət bildirib. Aktyor bu iddiaları cəfəngiyat adlandırıb. "Mən bu cəfəngiyatı ilk dəfə eşidirəm. İnsanla

Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi

Dünyaşöhrətli müğənni Teylor Sviftin son görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Müğənni həyat yoldaşı Travis Kelsi ilə oktyabrın 9-da Nyu-Yorkda şam yeməyindən sonra görüntülənib. Cütlüyün əl-ələ lentə alına


yeni xeberler son xeberler azerbaycan xeberleri butun xeberler xeberler bugun 2026 cəbhədən son dəqiqə beynelxalq bank mezenne