Azərbaycanın məhsul ixrac etdiyi əsas ölkələrin adları açıqlandı

Azərbaycanın məhsul ixrac etdiyi əsas ölkələrin adları açıqlandı2020-ci ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 153 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 91 ölkəyə məhsul ixrac olunub, 142 ölkədən idxal olunub.
Milli.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2020-ci ilin yanvar-mart aylarında ölkənin xarici ticarət dövriyyəsi 6 milyard 695,3 milyon ABŞ dolları təşkil edib.
Ticarət dövriyyəsinin 4 milyard 58,3 milyon dollarını və ya 60,6 faizini ölkədən ixrac olunmuş məhsulların, 2 milyard 637,0 milyon dollarını (39,4 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 1 milyard 421,3 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2019-cu ilin yanvar-mart ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 16,0 faiz, real ifadədə 15,8 faiz, o cümlədən idxal 32,9 faiz, ixrac isə 4,8 faiz azalıb.
2020-ci ilin yanvar-mart aylarında qeyri neft-qaz məhsullarının ixracı 2019-cu ilin yanvar-mart aylarına nisbətən faktiki qiymətlərlə 3,4 faiz artmış, real ifadədə isə 5,2 faiz azalaraq 429,0 milyon dollar təşkil edib.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 43,5 faizini İtaliyaya, 8,3 faizini Türkiyəyə, 6,0 faizini İsrailə, 4,5 faizini Yunanıstana, 4,0 faizini Hindistana, 3,4 faizini Çexiyaya, 3,3 faizini Rusiyaya, hər biri 2,8 faiz olmaqla Tunis və Portuqaliyaya, 2,5 faizini Gürcüstana, hər biri 2,3 faiz olmaqla Almaniya və Ukraynaya, 2,1 faizini Vyetnama, 2,0 faizini Avstriyaya, 10,2 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (31,3 faiz), Türkiyəyə (24,3 faiz), Gürcüstana (10,0 faiz), İsveçrəyə (9,5 faiz), Çinə (2,8 faiz), Ukraynaya (2,8 faiz), İtaliyaya (2,6 faiz), Qazaxıstana (1,8 faiz), İrana (1,7 faiz), ABŞ-a (1,4 faiz), Almaniyaya (1,2 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 16,4 faizi Rusiya, 14,8 faizi Türkiyə, 13,4 faizi Çin, 10,7 faizi ABŞ, 5,2 faizi Almaniya, 4,5 faizi İtaliya, 3,8 faizi Ukrayna, 3,0 faizi İran, 2,2 faizi Birləşmiş Krallıq, hər biri 1,8 faiz olmaqla Yaponiya və Koreya, 1,7 faizi Türkmənistan, 1,5 faizi Fransa, 19,2 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 18 may 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin

Kredit borcunu ödəyə bilməyənləri nə gözləyir? - Vəkildən açıqlama

Kredit öhdəliklərini vaxtında yerinə yetirə bilməyən vətəndaşlar bir sıra hüquqi və maliyyə problemləri ilə üzləşə bilərlər. İşsizlik, gəlirlərin azalması və gündəlik xərclərin artması bəzi vətəndaşların banklara olan borcların

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi


yeni xeberler son xeberler azerbaycan xeberleri sou xeberler xeber az cəbhədən xəbər en son xəbərlər bugün