Azərbaycanın xaricə qaz satışı artıb - 13,4 faiz

Azərbaycanın xaricə qaz satışı artıb - 13,4 faizEnergetika Nazirliyi yanvar-may ayları üzrə neft və qaz hasilatına dair göstəriciləri açıqlayıb. Nazirlikdən Milli.Az-a verilən məlumata görə, 2020-ci ilin yanvar-may aylarında Azərbaycanda 15,2 mln.ton neft (kondensatla birlikdə) hasil edilib. Neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə, təxminən, 463 min ton az olub. Respublika üzrə hasil edilmiş neftin (kondensatla birlikdə) 10,5 mln. tonu "Azəri-Çıraq-Günəşli"nin, 1,6 mln. tonu (kondensat) "Şahdəniz"in payına düşüb. SOCAR üzrə hasilat isə 3,1 mln. ton təşkil edib.
Cari ilin 5 ayında 12,6 mln. ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bu 2019-cu ilin yanvar-may aylarına nisbətən 468 min ton azdır. Neft-kondensatın 12 mln. tonu konsorsium, 569 min tonu isə SOCAR üzrə ixraca nəql edilib.
2020-ci ilin 5 ayı ərzində ötən ilin müvafiq dövrünə nisbətən 13,6 faiz, yəni 2 mlrd. m3 artımla 16,4 mlrd.m3 qaz hasil edilib. Qaz hasilatının 5,4 mlrd. m3 -i AÇG-dən, 8 mlrd. m3 -i isə "Şahdəniz"dən əldə edilib. SOCAR üzrə bu dövrdə 3 mlrd. m3 qaz hasil olunub.
Bu dövrdə xaricə qaz satışı 5,6 mlrd. m3 təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,4 faiz çoxdur. Cari ilin yanvar-may aylarında 2019-cu ilin müvafiq dövrünə nisbətən Türkiyəyə 21,7 faiz çox, yəni 4,3 mlrd. m3-dən çox qaz ixrac edilib. Gürcüstana ixrac edilən qazın həcmi 1,2 mlrd.m3, BTC boru kəməri sisteminə verilən qazın həcmi isə 51 min m3 olub. Qeyd edək ki, TANAP ilə Türkiyəyə bu müddətdə 1,6 mlrd.m3 qaz nəql olunub.
İstismara veriləndən iyunun 1-dək TANAP-la Türkiyəyə 5,47 mlrd. m3 qaz nəql edilib. İstismara veriləndən iyunun 1-dək olan dövrdə isə "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqlarından 537 mln. tondan çox neft (kondensatla birlikdə), 295,2 mlrd. m3 qaz hasil edilib. Bu yataqlardan 538,6 mln. ton neft (kondensatla birlikdə), 82,6 mlrd. m3 qaz isə ixraca nəql olunub.
2020-ci ilin 5 ayında 2,5 mln. ton neft emal edilib. Neft emalı ötən ilin müvafiq dövrünə nisbətən 61,3 min ton az olub.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 24 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

"AzerGold" QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub - FOTOLAR

"AzerGold" QSC Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 8-ci Beynəlxalq Dağ-Mədən və Metallurgiya Forumu – UIMF 2026-da təmsil olunub. Oktyabrın 27–28-də "Resurslardan qlobal imkanlara doğru" şüarı altınd

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib

Azərbaycanın beynəlxalq sanksiya siyahısına yeni dəyişikliklər edilib. bu barədə Maliyyə Monitorinqi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, dəyişiklik "Hədəfli maliyyə sanksiyaları haqqında" qanunun 5.2-c

Sahibkarların iştirakı ilə "44" bədii filminin xüsusi nümayişi keçirildi - FOTOLAR

Oktyabrın 28-də Marsol Group və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) təşkilatçılığı, sahibkarların iştirakı ilə 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərə həsr olunan "44" bədii filminin xüsus

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar


yeni xeberler son xeberler azerbaycan xeberleri xeberler bugun 2026 krminal bu gun son xəbərlər bugün 2026 krimnal xeber