Azərbaycanlı eks-nazir gəzmək adı ilə ABŞ-a köçdü - FOTO
Naxçıvan Muxtar Respublikasının sabiq əmək və əhalinin sosial müdafiəsi naziri (sonradan nazir müavini) Nicat Babayev vəzifəsindən çıxan kimi gəzmək adıyla ailəlikcə Amerikaya Birləşmiş Ştatlarına (ABŞ) köçüb.
KONKRET.az-ın məlumatına görə, onun daha geri dönmək fikrinin olmadığı deyilir.
Nicat Babayev 2024-cü il may ayında ABŞ-a gedib.
Sabiq nazirin qəfil Amerikaya köçməsi müəmmalıdır. Onun həyat yoldaşı Naxçıvan Universitetində müəllim kimi çalışırdı. İddialara görə, Nicat Babayev həyat yoldaşını da işdən çıxararaq özü ilə birlikdə ABŞ-a aparıb.
İddia olunur ki, sabiq nazir müavini ABŞ-a köçməmişdən xeyli vaxt öncə işlərini planlayıb. Amerikadakı yaxın qohumu vasitəsilə orada özünə biznes qurub. Onun Naxçıvan və Bakı şəhərində bir neçə yerdə evi, biznest obyektləri olub.
Qeyd edək ki, Nicat Fəxrəddin oğlu Babayev 2019-cu ilin fevral ayında Naxçıvanın əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilmişdi. (Demokrat.az)


Türkiyə millisinin heyəti açıqlandı
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
"Turan Tovuz"un qapıçısı millimizə qarşı oynaya bilər
Azərbaycan kubokunun püşkü atıldı
Cəlilabadda hadisə: Yük maşınının altında…
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Salyanda motosiklet piyadanı vuraraq öldürdü
Bu günün valyuta məzənnələri
Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər