"Azercell Telecom" MMC Beynəlxalq Biznes Mükafatlarının qızıl laureatı oldu

"Azercell Telecom" MMC Əşyaların İnterneti (IoT) texnologiyaları əsasında az enerji tələbatlı sensorlar konsepsiyasının tətbiq olunması üzrə hazırlıq səviyyəsinə görə 18-ci Stevie Beynəlxalq Biznes Mükafatlarında "İlin ən innovativ şirkəti" nominasiyasında qızıl mükafata layiq görüldü.
Azxeber.com xəbər verir ki, Azercell bu konsepsiyanı Azərbaycanda həyata keçirən ilk şirkətdir. Mobil operatorlar bu tipli sensor və qurğuları dəstəkləmək üçün LTE şəbəkəsində "az enerji tələbatlı genişmiqyaslı şəbəkə" (NB-IoT – Narrow-Band Internet of Things) funksiyasını təklif edir. Azercell Telekom da bu imkanı şəbəkəsinə tətbiq edərək lazımi sınaq testlərini keçirib, abunəçilərinə xidmət və əməkdaşlığa hazır vəziyyətə gətirmişdir.
Şirkətin bu təşəbbüsü IoT-nin verdiyi imkanlar əsasında insanlara daha rahat və "ağıllı" mühitdə yaşamaq və işləmək imkanı yaradan bir texnologiya ərsəyə gətirdiyinə görə münsiflər heyəti tərəfindən yüksək nailiyyət kimi dəyərləndirilmişdir. Beynəlxalq münfislər heyətinin verdiyi yüksək qiymətə münasibət bildirən "Azercell Telecom" MMC-nin Prezidenti Zərinə Zeynalova qeyd edib ki, böyük şəhərlərlə yanaşı, kiçik kəndlərdə də texnologiyalara rahat çıxış imkanının yaradılması şirkətin əsas prioritetləri sırasındadır. Z.Zeynalova həmçinin bildirib ki, Azercell IoT texnologiyalarının tətbiqi istiqamətində dövlətə dəstək verməyə hazırdır. Buraya xüsusilə "Ağıllı Şəhər" və "Ağıllı Kənd" dövlət proqramları çərçivəsində Qarabağda işğaldan azad olunmuş torpaqlarda müvafiq texnologiyanın tətbiqi daxildir.
Stevie Mükafatı qalibləri iyun ayından avqust ayının əvvəlinə qədər davam edən qiymətləndirmə prosesində iştirak edən dünyanın 260-dan çox nüfuzlu idarəçilərin ortalama balları əsasında müəyyən olunmuşdur. Bu il demək olar ki, bütün sahələrdə fəaliyyət göstərən və müxtəlif miqyasda olan müəssisələr tərəfindən müxtəlif nominasiyalara 3,700-dən artıq layihə təqdim olunmuşdur.
Qeyd edək ki, aparıcı mobil operator ötən il nüfuzlu Beynəlxalq STEVIE mükafatının 3-qat qalibi olmuşdur. Şirkət yüzlərlə müəssisə arasından "İlin telekommunikasiya şirkəti" adına layiq görülərək Qızıl mükafat qazanmışdır. Azercell eyni zamanda "İlin ən innovativ şirkəti" və "Ən dəyərli korporativ məsuliyyətli şirkət" nominasiyaları üzrə Bürünc mükafat əldə etmişdir.
Beynəlxalq Biznes Mükafatları dünyanın nüfuzlu biznes mükafatları proqramıdır. Müxtəlif illərdə Google, Microsoft Corporation, Türk Telecom, Vodafon Türkiyə, Etisalat, Dell Technologies, Mayersk Company, HP Inc., UNESCO ICHCAP, IBM və s. nüfüzlu şirkətlər bu beynəlxalq müsabiqədə iştirak edib qalib seçilənlər sırasındadır.
Hazırda davam edən COVİD-19 pandemiyası səbəbindən qaliblərin mükafatlandırma mərasimi dekabrda virtual virtual şəkildə baş tutacaq.

İqtisadiyyat       Tarix: 20 avqust 2021
f Paylaş

Oxşar xəbərlər

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı

Müasir dövrdə nağd puldan istifadə getdikcə azalır, rəqəmsal ödənişlər və bank kartları isə gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilir. Bank kartları sürətli və rahat ödəniş imkanı yaratsa da, vətəndaşların maliyy

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

"AzerGold" QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub - FOTOLAR

"AzerGold" QSC Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 8-ci Beynəlxalq Dağ-Mədən və Metallurgiya Forumu – UIMF 2026-da təmsil olunub. Oktyabrın 27–28-də "Resurslardan qlobal imkanlara doğru" şüarı altınd

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Qızıl ucuzlaşdı - Yeni qiymətlər

Qızıl bazarında qiymət dəyişikliyi müşahidə edilib. . Bir sıra əyarlı qızılların qiymətində kəskin ucuzlaşma baş verib. Ucuzlaşmanın qeydə alındığı qızıl növlərinin yeni qiymətlərini təqdim edirik:. 583 əyar: 125 AZN-də

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı


son xeberler yeni xeberler azerbaycan xeberleri bugun xeberler meherremlik 2026 metbuat xeberleri son xəbər