"Azərmarka"nın "Azərpoçt"a birləşdirilməsinin səbəbi açıqlanıb
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azərmarka" MMC-nin nazirliyin digər şirkəti "Azərpoçt" MMC-yə birləşdirilməsinin səbəbi açıqlanıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq nazirlikdən bildirilib.
"Birləşmə "Rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" ölkə prezidentinin 27 aprel 2021-ci il tarixli fərmanına uyğun olaraq, o cümlədən korporativ idarəetmə prinsipləri nəzərə alınmaqla həyata keçirilir. Bu dəyişiklik nazirliyin strukturuna daxil olan və olmayan bəzi qurumların fəaliyyətinin optimallaşdırılması, səmərəliliyin artırılması və resurslardan ümumi istifadənin təmin olunması məqsədi daşıyır. Birləşmə idarəetmənin təkmilləşdirilməsi ilə yanaşı, xərclərə qənaətə imkan yaradacaq.
Dünya təcrübəsinə nəzər salsaq, əksər ölkələrdə Dövlət Poçt Ödəniş Nişanlarının nəşri və dövriyyəyə buraxılması üzrə fəaliyyəti milli poçt operatoru həyata keçirir. Azərbaycanda milli poçt operatoru rolunda "Azərpoçt" çıxış edir", - deyə nazirlik bəyan edib.
Turlar.az [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR