"Aztelekom"a yeni baş direktor təyin edildi
Azərbaycanın sabit telekommunikasiya operatoru "Aztelekom" MMC-nin baş direktoru vəzifəsinə yeni təyinat olub.
Azxeber.com xəbər verir ki, artıq sözügedən vəzifəni alman əsilli Klaus Müller icra edir.
Yeni təyinatın məqsədi qurumda korporativ idarəetmənin dünya praktikasına uyğun təşkili, şirkətdə müştəri yönümlü korporativ mədəniyyətin təşəkkülü, xidmət şəbəkəsinin müasirləşdirilməsi və genişləndirilməsidir.
Klaus Müller Avropanın 12 ölkəsində sabit və mobil şəbəkə xidməti göstərən "Deutsche Telekom"un 50 min işçisi olan bölməsində əməliyyatlar üzrə direktor, Balkanlarda rabitə operatorunun baş direktor müavini, Avropa və Asiyada bir neçə çoxmillətli telekommunikasiya şuralarının sədri və üzvü kimi fəaliyyət göstərib. Hazırda "Avropada Amerika Ticarət Palatası"nın idarə heyətinin üzvüdür.
"Aztelekom" MMC-yə təyinatından öncə ABŞ-da "McKinsey&Co" şirkətində telekommunikasiya məsələləri üzrə məsləhətçi olub.
Klaus Müller iqtisadiyyat, siyasi elmlər və biznesin idarəedilməsi üzrə təhsil alıb. Bavariyanın "Fridrix-Aleksandr Universiteti"nin rabitə sənayesində institusional dizayn və tənzimləmə tədqiqatları üzrə fəlsəfə doktoru dərəcəsinə malikdir.
Təyinatla bağlı faktı qurumdan təsdiq ediblər.
Kurslar.az kurslar [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR