Bakcell "Milli KSM Mükafatı 2020"-nin qalibləri sırasında

Bakcell Şirkətin pandemiya ilə mübarizəyə töhfəsi yüksək qiymətləndirilib
Azxeber.com xəbər verir ki, Bakcell şirkəti "Milli KSM Mükafatı 2020"-nin qalibi elan olunub. "Yaxşı səhiyyə və Rifah" nominasiyasında təqdim edilmiş bu mükafat şirkətin xüsusi karantin rejimi dövründə Azərbaycan vətəndaşlarına dəstək göstərmək məqsədilə həyata keçirdiyi genişmiqyaslı tədbirlər planı çərçivəsində görülən işlərə görə təqdim edilib.
Bakcell Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1.5 milyon manat ianə etməklə yanaşı, Azərbaycana süni tənəffüs aparatları, bədən hərarətini məsafədən ölçən xüsusi keçid-buraxılış avadanlıqları, eləcə də koronavirusa yoluxmanı yerindəcə müəyyən etməyə imkan verən ekspress-testlərin gətirilməsi üçün iri həcmdə vəsait ayırıb. Bütün karantin mərkəzlərində çalışan həkimlərə və müxtəlif karantin mərkəzlərindəki vətəndaşlarımıza Bakcell tərəfindən ödəmə kartları hədiyyə olunub. Şirkət Bakının Binə qəsəbəsində yaşayan 650 aztəminatlı ailə üçün ərzaq yardımı proqramı həyata keçirib.
Bununla yanaşı, pandemiya dövründə abunəçi və əməkdaşlarının təhlükəsizliyini qorumaq, bu sahədə maarifləndirməni həyata keçirmək məqsədilə Bakcell uzunmüddətli məlumatlandırma və kommunikasiya proqramları həyata keçirib. Həmçinin, Bakcell öz əməkdaşlarına evdən işləmək üçün lazımi şərait yaradıb.
Artıq 3-cü dəfə təşkil edilən "Milli KSM Mükafatı" müsabiqəsinin əsas məqsədi dövlət siyasətinin, Heydər Əliyev Fondunun həyata keçirdiyi sosial layihələrin davamı olaraq ölkəmizdə həyata keçirilən Korporativ Sosial Məsuliyyət layihələrinin və xeyriyyəçilik təşəbbüslərinin artmasına təkan vermək, həmçinin KSM layihələr həyata keçirən şirkətlərin fəaliyyətini daha geniş miqyasda təqdir etməkdir.
"Milli KSM Mükafatı 2020"-nin qaliblərini müəyyən edən Komissiyanın tərkibinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Asan Xidmət, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Assosiasiyası (AQSİA) və Proaktiv PR Agentliyinin nümayəndələri daxil olub.
Qeyd edək ki, 2020-ci il ərzində həyata keçirilmiş sosial layihələr aidiyyəti dövlət qurumlarının nümayəndələri tərəfindən təhlil edilərkən BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri əsas götürülüb.

İqtisadiyyat       Tarix: 22 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Azərbaycanda ödəniş kartlarının sayı sürətlə artır - İqtisadçı səbəbləri açıqladı

Bu ilin avqust ayından Azərbaycanda kartdan-karta ("Card to card") köçürmə əməliyyatlarına limitlərin tətbiqi fonunda ölkədə ödəniş kartlarının sayındakı artım iki dəfədən çox sürətlənib. Azərbaycan Mərkəzi Bankını

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi


son xeberler yeni xeberler azerbaycan xeberleri valyuta son xeberler azerbaycan son xeberler az xabarlar