"Bakı İrəvana dərhal cavab verəcək" - Müharibə ehtimalı ilə bağlı MÜHÜM MƏQAMLAR

"Ermənistan sürətli şəkildə silahlanır. Onun aldığı silahlar uzaqmənzilli hədəfləri vurmaq qabiliyyətindədir. Bu silahlarla Ermənistan faktiki olaraq öz ərazi hüdudlarını aşacaq hədəfləri vurmaq imkanlarına sahib olmaq istəyir. Bu da İrəvanın revanşist hisslərindən xəbər verir".
Bu fikirləri KONKRET.az-a açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, siyasi şərhçi Xəyal Bəşirov səsləndirib.
Onun sözlərinə görə, Ermənistanın şərti sərhədə hərbi texnika yığması ondan xəbər verir ki, Azərbaycan haqlı olaraq İrəvanın silahlanmasından narahatçılığını ortaya qoyur.
"Bu, Ermənistanın xoş olmayan niyyətindən xəbər verir. Hesab edirəm ki, digər ittiham olunmalı tərəf, Avropa İttifaqının mülki missiyası adı altında sərhədə cəmləşən NATO qüvvələridir. Bu qüvvələr Cənubi Qafqazda sülh tərəfdarı olmadıqlarını dəfələrlə göstəriblər. Əgər Ermənistan revanşist addımlarında israrlıdırsa, eləcə də ona havadarlıq edən qüvvələr İrəvana dəstəyi davam etdirəcəklərsə, bu halda Cənubi Qafqazda növbəti eskalasiya qaçılmaz olacaq. Bunda isə İrəvan və ona havadarlıq edən qüvvələr məsuliyyət daşıyacaqlar. Çünki Azərbaycan ancaq sülh istiqamətində birtərəfli addımlar atır. Ermənistan isə rəsmi Bakının təzyiqləri fonunda sülh istiqamətində bəzi addımlar atmaq məcburiyyətində qalıb. Hansı ki, bu, onun öhdəlikləridir. Növbəti eskalasiya olacaqsa, bu, artıq Azərbaycanın beynəlxalq səviyyədə tanınan torpaqlarını hədəfə alan Ermənistanın öz ərazilərində baş verəcək. Çünki Azərbaycan 90-cı illərin dövləti deyil. Biz artıq yeni reallıqları yaşayırıq və bu, tamamilə fərqli mənzərəni ortaya qoyur. Azərbaycan Ermənistandan dəfələrlə böyük üstünlüyə malikdir. Ermənistan bu üstünlükləri nəzərə almasa, bütün məsuliyyət rəsmi İrəvanın üzərinə düşəcək".
Mövzunu saytımıza şərh edən politoloq Oqtay Qasımov bildirib ki, yaxın günlərdə Azərbaycan və Ermənistan arasında irimiqyaslı toqquşmanın olacağını gözləmir:
"Hansısa xırda təxribatların və atəşin pozulması ehtimallarının olması mümkündür. Azərbaycan ən yüksək səviyyədə bəyan edib ki, Ermənistanın sürətlə silahlanması dayandırılmalıdır. İrəvanla hərbi sahədə imzalanan müqavilələrə yenidən baxılmalı və bu silahlar geri alınmalıdır. Yəni Azərbaycanın mövqeyi bundan ibarətdir. Sülh müqaviləsi imzalanmadığı üçün rəsmi Bakı irəvanın bu addımlarına müşahidəçi qalmayacaq. Bu hərəkətlər Azərbaycanın təhlükəsizliyi üçün təhdid yaradarsa, dərhal cavab veriləcək".
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 01 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

İham Əliyev İliyana Yotovanı təbrik etdi

Prezident lham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovaya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstan Respublikasının Prezident

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov

Asiyada NATO-nun analoqu olan hərbi alyans yaratmaq istəyirlər. axaraz-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Asiyada NATO modelində hərbi-siyasi blokun yaradılması artı


azerbaycan xeberleri son xeberler yeni xeberler xəbərlər cəbhədən görüntülər ən son xəbərlər bugün azerbaycan son xeber bugun