Bakı metrosunda problem yarandı - Sərnişin sıxlığı səbəbindən
Bakı metrosunda problem yarandı - Sərnişin sıxlığı səbəbindən
Bakı metrosunda qatarların hərəkətində yubanma olub.
Oxu.Az xəbər verir ki, "Dərnəgül" - "Həzi Aslanov" xətti üzrə hərəkət edən qatarların intervalında yubanma olub.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov qatarların intervalında gecikmə olduğunu təsdiq edib.
Onun sözlərinə görə, yubanmaya səbəb stansiyalarda sərnişin sıxlığı olub:
"Həftə ərzində metrodan istifadə edən sərnişinlərin sayı artıb. Bu səbəbdən metronun "Elmlər Akademiyası", "Koroğlu", "Nəriman Nərimanov" stansiyalarında bir neçə dəqiqə gecikmələr olub.
Stansiyalardan asılı olaraq, gecikmə 5 dəqiqə də olub, 8 dəqiqə də. Buna səbəb qatarlarda hər hansı texniki problem yox, sərnişin sıxlığı olub. Bildiyiniz kimi tədris mövsümündə yaranmış fasilə ilə əlaqədar, sərnişin sayı nisbətən azalmışdı. Həmin seyrəlmədən sonra yenidən sərnişin sıxlığı müşahidə edilir. Bu da qatarların qrafik üzrə hərəkətində bir qədər gecikmələrə səbəb olub".
Könül Cəfərli /oxu.az

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb