Bakıda evə basqın: aralarında qadının da olduğu dəstə
Bakı sakinin evinə basqın ediblər.
Daxili İşlər Nazirliyindən Azxeber.com-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə dekabrın 21-də Bakı şəhər sakini C.Əliyevin tanışı və Sabirabad rayon sakini S.Şahbazova ilə birlikdə yaşadığı mənzildə olarkən açıq qalmış qapıdan girən iki nəfərin onun qol və ayaq nahiyəsinə bıçaq və dəmir parçası ilə xəsarət yetirərək 120 manat pulunu və mobil telefonunu götürüb həmin qadınla birgə getmələri barədə məlumat daxil olub.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Əməliyyat-axtarış tədbirləri ilə quldurluq əməlini törətməkdə şübhəli bilinən S.Şahbazova və Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Əliyev saxlanılıb, digər bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci maddəsi (quldurluq) ilə cinayət işi başlanıb.
Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR