Bakıda şok hadisə: Taksi sürücüsü sərxoş qadına görün nə etdi - VİDEO
Türkiyə vətəndaşına qarşı soyğunçuluq edən taksi sürücüsü saxlanılıb.
Azxeber.com xəbər verir ki, hadisə Abşeron rayonu Mehdiabad qəsəbəsində qeydə alınıb. Taksi şirkətlərinin birində sürücü kimi fəaliyyət göstərən Bakı şəhəri Binəqədi rayonunda yaşayan Fərid Əsgərov müştərisinə qarşı soyğunçuluq edib.
O, şirkət tərəfindən göndərilən sifarişi qəbul edərək Türkiyə vətəndaşı olan bir xanımı maşına əyləşdirərək lazımi ünvanlara aparıb.
Həmin xanım bankomatdan pul çıxarıb və sonra taksi sürücüsündən onu otellərdən birinə yerləşməyə kömək etməsini xahiş edib. Fərid Əsgərov xanımı Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən otellərdən birinə gətirib. Sonra müştərinin sərxoş vəziyyətdə olduğunu görən taksi sürücüsü ona qarşı soyğunçuluq edib.
Fərid Əsgərov törətdiyi əməli etiraf edib və bundan peşman olduğunu bildirib:
"Həmin anda ona aid iki ədəd "İphone" markalı telefonu, pul, sənədlər, gödəkçəsi mənim maşınımda qalmışdı. Mən onu otelə yerləşdirdikdə içkili vəziyyətdə idi. Bunu gördüm. Onu otelə yerləşdirdikdən sonra oradan uzaqlaşdım."
Onun üzərinə keçirilən baxış zamanı psixotrop maddə hesab edilən metamfetamin aşkar edilərək götürülüb.
Faktla bağlı Mehdiabad polis bölməsinə araşdırma aparılır.
Turlar.az [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR