Bakıdan təəccübləndirən Ordu həmləsi: BU MESAJ VERİLDİ

Bakıdan təəccübləndirən Ordu həmləsi: BU MESAJ VERİLDİAzərbaycan 2025-ci ildə hərbi xərclərini 468.0 milyon manat (275.2 milyon dollar) azaldacaq. Ermənistanın silahlanması fonunda bu məqam diqqət çəkir.
KONKRET.az xəbər verir ki, prinsip etibarilə belə bir addımın atılması gözlənilirdi. Belə ki, işğal faktoruna görə rəsmi Bakı hər il dövlət büdcəsinin böyük hissəsini ordu xərclərinə ayırırdı. Bu xərclər həm yeni texnika, silah-sursatın alınması, həm də mövcud arsenalın yenilənməsinə xərclənirdi.
44 günlük İkinci Qarabağ müharibəsi və lokal xarakterli antiterror əməliyyatları ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Qarabağ mərhələsi bitdi. Delimitasiya, demarkasiya, habelə sülh danışıqlarının uğurla davam etdiyini nəzərə alsaq, hərbi xərclərin azaldılmasında təəccüblü nəsə yoxdur.
Rəsmi Bakı indiki məqamda prioritet məsələ kimi işğaldan azad edilən ərazilərin bərpası, habelə böyük qayıdış siyasəti çərçivəsində vətəndaşların torpaqlarına qayıtmasına daha çox diqqət ayırır. Prosesin qısa zamanda yekunlaşması üçün müəyyən sahələrdə kəsintiyə gedilməsi normaldır. Qeyd edim ki, Qarabağ və Şərqi Zəngəzurun qurulmasına Azərbaycanın dövlət büdcəsindən gələn il 4 milyard manat ayrılacaq.
Azərbaycanın atdığı bu addım həm də siyasi motivlidir. Belə ki, son aylar xüsusilə Qərb mediasında rəsmi Bakının Ermənistana qarşı yeni əməliyyatlara hazırlaşdığı, hətta Zəngəzura hərbi müdaxilə edəcəyi ilə bağlı absurd xəbərlər, yazılar dərc edilir. Başda Fransa olmaqla bir sıra ermənipərəst ölkələr bu istiqamətdə uydurma "kəşfiyyat" materiallarını Ermənistana təqdim edir. Yəni faktiki olaraq regionda gərginlik atmosferi yaradılır.
Azərbaycan sürətlə silahlanan Ermənistanla müqayisədə ordu xərclərini azaldaraq, niyyətinin yeni müharibə və işğal olmadığının mesajını verir. Təbii ki, qeyd olunan məbləğ ümumi xərclərin kiçik hissəsidir. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi olmadığından gərginlik riski hər zaman var. Yəni Ordumuz bundan sonra da güclənəcək.
Bununla belə, Bakı konkret mesaj verir ki, onun üçün işğaldan azad olunan ərazilərin intensiv quruculuğu daha vacibdir. Müharibədə isə ümumiyyətlə, maraqlı deyilik./Turan Rzayev

Siyasi       Tarix: 20 sentyabr 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi

ABŞ tarixində ilk dəfə müsəlman siyasətçi Senata seçilib. KONKRET.azxəbər verir ki, demokrat namizəd, 42 yaşlı Abdul Əl-Səyyid Miçiqan ştatından senator seçkilərində respublikaçı Mayk Rocersi məğlub edərək tarixə düşüb. Misi

Müharibə, nüvə zərbəsi, ərzaq böhranı: Azərbaycan bunlara hazır olmalıdır

Dünyanın 33 ölkəsində vətəndaşlara fövqəladə hallar üçün evdə ərzaq, içməli su və digər zəruri vasitələr saxlamaq tövsiyə edilir. ABŞ-dan Yaponiyaya, Avropadan Cənubi Amerikaya qədər yayılan bu çağırışların arxasında müharib

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır

Ermənistan və Azərbaycan arasında sülh, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqaz üçün, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır. xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Estoniya Azərbaycanla energetika, təhsil, rəqəmsallaşma və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Tallində iki ölkə arasınd

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli


son xeberler azerbaycan xeberleri yeni xeberler xeber.az son xeberler kriminal bugun butun xeberler cəbhədən görüntüleri