"Bakının təmizliyi və gözəlliyi məni valeh etdi" - Tokionun qubernatoru
Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak üçün ölkəmizə səfərə gələn Yaponiyanın paytaxtı Tokio şəhərinin qubernatoru xanım Yuriko Koike Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov ilə görüşüb.
KONKRET.az xəbər verir ki, xanım Yuriko Koike Bakının təmizliyi və gözəlliyinin onu valeh etdiyini vurğulayaraq, Azərbaycanda olmağından və COP29 tədbirində iştirakından məmnun olduğunu bildirib.
Qonaq həmçinin, Azərbaycanın və Bakı şəhərinin son illərdə sürətlə inkişaf etdiyini xüsusilə qeyd edib.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Yaponiya nümayəndə heyətinin Bakıda olduğundan məmnunluğunu ifadə edərək paytaxt Bakı şəhəri barədə məlumat verib. O bildirib ki, bu gün Bakı və regionların inkişafı ölkə başçısı cənab İlham Əliyevin fəaliyyətinin nəticəsidir.
Daha sonra hər iki paytaxt şəhər arasında gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.


Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
İki gündür axtarılan 12 yaşlı qız tapıldı
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
9 ay hamilə olduğunu bilmədi, 5-ci uşağı dünyaya gətirdi
Batrakovun transfer qiyməti açıqlandı
Cəmi 3 il evli qala bildilər
Sərhəddə 40 ton dizel yanacağı müsadirə edildi
Müəmmalı ölüm: güllə yarası almış kişinin meyiti tapıldı
Bu qış hansı geyimlər dəbdə olacaq? – 2026-2027-ci ilin əsas trendləri