Bank Respublika, SOS Uşaq Kəndləri və Çikaqo Universiteti birgə layihə həyata keçirəcək

Bank Respublika, SOS Uşaq Kəndləri və Çikaqo Universiteti birgə layihə həyata keçirəcəkÖlkəmizdə korporativ sosial məsuliyyət yönümlü bir çox layihələrin təşəbbüskarı və dəstəkçisi olan Bank Respublika və "SOS Uşaq Kəndləri Azərbaycan" Assosiasiyası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
azxeber.com xəbər verir ki, sənədi "Bank Respublika"nın İdarə Heyətinin sədri Tariyel İsmayılov və "SOS Uşaq Kəndləri Azərbaycan" Assosiasiyasının Milli Direktoru Zakir Soltanov imzalayıb.
Anlaşma çərçivəsində Bank Respublika, SOS Uşaq Kəndləri və ABŞ-nin Çikaqo Universieti daha öncə internat müəssislərinə qoyulan uşaqların yenidən internat müəssisələrinə qayıtmalarını qarşısını almaq məqsədilə birgə layihə həyata keçirəcək. Layihə çərçivəsində, müəyyən meyarlar əsasında aztəminatlı ailələrdən seçilmiş 7-12 yaş arası 200 uşağın adına "Bank Respublika"da start kapitalı yatırılaraq xüsusi "Sosial Yığım" əmanət hesabları açılacaq. Daha sonra valideynlər tərəfindən həmin hesaba hər ay əlavə ediləcək məbləğ, təşkilatçılar tərəfindən 2 dəfə artırılacaq. Bununla da uşaqların hesablarında sosial kapitalın yığılması təmin olunacaq.
Layihəyə əsasən, hesab açım mərhələsində valideynlərlə birlikdə, adlarına hesab açılacaq uşaqlar da iştirak edəcək. Beləliklə, uşaqlar adlarına açılmış hesabın, onların gələcəyinə hədəfləndiyini biləcəklər. Bundan başqa, bankın əməkdaşları valideynlərlə görüşlər keçirərək sosial yığım haqda maarfiləndirici təlimlər təşkil edəcək. Qeyd edək ki, layihə 3 il ərzində Bakı, Sumqayıt və Gəncə şəhərlərində həyata keçiriləcək.
"Ölkəmizin dayanıqlı iqtisadi inkişaf yolunda önəmli töhfə olacaq bu əməkdaşlıq önümüzdəki illərdə bəhrələrini göstərəcək. Aztəminatlı və dağılma riskində olan ailələrin Uşaq Əmanət yığımlarına cəlb edilməsi ölkə tarixində bir ilkdir. Bu innovativ maliyyə aləti vasitəsilə SOS Uşaq Kəndləri Azərbaycan və Bank Respublika ASC BMT Dayanıqlı İnkişaf hədəflərindən 8.Layiqli iş və iqtisadi artım, eləcə də 17.Hədəflər üçün əməkdaşlıq hədəflərinə töhfə verəcək." - deyə "SOS Uşaq Kəndləri Azərbaycan" Assosiasiyasının Milli Direktoru Zakir Soltanov vurğulayıb.
"Bank Respublika ölkəmizdə uşaq və gənclərin təhsili, bacarıqlarının artırılması və sosial rifahın yaxşılaşdırılmasına yönəlmiş bir çox layihəni uğurla həyata keçirib. Biz çox şadıq ki, "SOS Uşaq Kəndləri-Azərbaycan" ilə olan birgə layihəmiz çərçivəsində aztəminatlı ailələrdə yaşayan 200-ə yaxın uşağın internat müəssisələrinə verilməsinin qarşısının alınmasında öz töhfəmizi verə biləcəyik" - deyə "Bank Respublika"nın İdarə Heyətinin sədri Tariyel İsmayılov bildirib.
Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Bank Respublika, SOS Uşaq Kəndləri və Çikaqo Universiteti birgə layihə həyata keçirəcəkBank Respublika, SOS Uşaq Kəndləri və Çikaqo Universiteti birgə layihə həyata keçirəcəkBank Respublika, SOS Uşaq Kəndləri və Çikaqo Universiteti birgə layihə həyata keçirəcəkBank Respublika, SOS Uşaq Kəndləri və Çikaqo Universiteti birgə layihə həyata keçirəcəkBank Respublika, SOS Uşaq Kəndləri və Çikaqo Universiteti birgə layihə həyata keçirəcək

İqtisadiyyat       Tarix: 07 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

Kredit borcunu ödəyə bilməyənləri nə gözləyir? - Vəkildən açıqlama

Kredit öhdəliklərini vaxtında yerinə yetirə bilməyən vətəndaşlar bir sıra hüquqi və maliyyə problemləri ilə üzləşə bilərlər. İşsizlik, gəlirlərin azalması və gündəlik xərclərin artması bəzi vətəndaşların banklara olan borcların

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.31% artaraq 4.190 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.08% bahalaşaraq 59.58 AB

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı


azerbaycan xeberleri son xeberler yeni xeberler son xeberler bugun 2026 muharibe son xəbərlər azərbaycanda cəbhədən son durum ən son xəbərlər bugün