Baş infeksionist: "Ölkədə koronavirusa yoluxma faktı artıb, bu gözlənilirdi

Baş infeksionist: "Ölkədə koronavirusa yoluxma faktı artıb, bu gözlənilirdiBaş infeksionist: "Ölkədə koronavirusa yoluxma faktı artıb, bu gözlənilirdi"
Artıq payız-qış mövsümü başlayır və bir sıra kəskin respirator xəstəliklərin artımı gözlənilir. O ki, qaldı koronavirusa, yay aylarından bu günə qədər müşahidə edilən COVİD-19 infeksiyası ilə bağlı da yoluxmaların artacağı istisna edilmir.
Bu barədə Oxu.Az-a açıqlamasında Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib. O bildirib ki, havaların soyuması, mövsümi respirator virusların artımı və koronovirusla bağlı vəziyyətin nəzarətdə saxlanılması üçün əvvəlcədən qabaqlayıcı tədbirlər görülüb:
"Bu gün koronavirusa yoluxma ilə bağlı faktlar artıb. Biz bunu gözləyirdik. Ümumiyyətlə xəstəliklər əksər hallarda soyuq havalarda artır. Bu bir tərəfdən insanlardan asılı olmayan bir məqamdır. Birinci növbədə günəş şüalarının azlığı və açıq mühitlərdə virusları öldürməməsidir.
Havanın temperaturunun dəyişkən olması, soyuq hava şəraiti ilə bağlı insanların qapalı məkanlara toplaşması, məkanlarda pəncərələrin qapalı saxlanılması və s. səbəblər xəstəliyin yayılmasını sürətləndirir. Bununla yanaşı soyuq havalarda yuxarı tənəffüs orqanlarında damarlar büzülür və bu da ona gətirib çıxarır ki, selikli qişaların müqaviməti azalır. Paralel olaraq davranış qaydaları, gigiyenik normalara əməl edilməməsi, ictimai yerlərdə qoruyucu vasitələrdən müvafiq qaydada istifadə olunmaması xəstəliyin daha da sürətli yayılmasına zəmin yaradır".
Yoluxmanın artmasına səbəb olan amillər sırasında son günlər əhalinin Azərbaycan ordusunun düşmən üzərində qazandığı qələbəyə sevinərək küçələrə çıxmasını da qeyd edən T.Eyvazov insanları bu kimi məqamlarda karantin qaydalarına daha ciddi əməl etməyə səsləyib:
"Azərbaycan ordusuna dəstək məqsədilə gənclərin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qarşısına yığışması, heç bir qoruyucu maskalardan istifadə etməməsi, sosial məsafəni gözləməməsi koronavirusa yoluxmanın artmasına gətirib çıxarıb. Bu gün hökumət öz resurslarını iki istiqamətdə - koronavirusla mübarizəyə və torpaqlarımız uğrunda gedən müharibəyə ayırıb.
İnsanlar koronavirusa bir qədər laqeyd yanaşmağa başlayıblar. Maskalardan istifadə ciddi şəkildə azalıb. Dayanacaqlarda, ictimai nəqliyyat vasitələrində karantin qaydalarına əməl olunmur. Bu istər koronovirusla bağlı dalğalanma adlandırılsın, istərsə də ikinci dalğa, bütün hallarda yoluxmanın artacağı gözlənilirdi. Bunun qarşısının alınması üçün isə hansı qaydalara əməl olunmalıdır, bilirik. Bu barədə dəfələrlə maarifləndirici xarakterli məlumatlar paylaşılıb və paylaşılmağa da davam edir. Bu istiqamətdə nəzarət ciddi şəkildə gücləndirilməlidir".
"Respublika üzrə bəzi məktəblərin distant təhsilə keçirilməsi, uşaqlar arasında yaranan sıxlığın qarşısının alınması üçündür. Uşaqlar koronavirusu simptomsuz keçirsə də, daşıyıcı kimi onlar ciddi təhlükə yarada bilər. İnfeksiyanın sürətlə yayılmasında isə onların rolu kifayət qədər çoxdur", - deyə baş infeksionist sonda qeyd edib.
Könül Cəfərli

Sosial       Tarix: 13 oktyabr 2020
f Paylaş

Oxşar xəbərlər

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama

"Milli Məclisin komitə iclasında təqdim etdiyimiz təkliflərdən biri də "çoxuşaqlı ailə" anlayışına yenidən baxılması ilə bağlıdır. Təklifə əsasən, mərhələli şəkildə üç və daha çox uşağı olan ailələrin çoxuşaql

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən son məlumat ensonxeberler valyuta məzənnələri butun xeberler