Baş nazirin müavini: "Azərbaycan Rusiyaya kənd təsərrüfatı məhsullarının tədarükünü iki dəfə artıra bilər"
Azərbaycan Rusiyaya kənd təsərrüfatı məhsullarının tədarükünün həcmini iki dəfə artıra bilər. Hazırda bu göstərici ildə təxminən 600 milyon dollara bərabərdir.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu baş nazirin müavini Şahin Mustafayev Rusiya-Azərbaycan regionlararası forumunda deyib.
O bildirib ki, Moskva məhsulları elektron formatda izləyə bilər. Ş.Mustafayev həmçinin əməkdaşlığın bütün parametrlərinin, bütün proseslərin rəqəmsallaşdırılmasının zəruriliyini vurğulayıb:
"Biz bu istiqamətdə addımlar atırıq ki, avtomatik olaraq, yerindəcə Rusiya bazarlarına daxil olan məhsullarımızın mənşəyini, keyfiyyətini və digər parametrlərini yoxlamaq mümkün olsun".
Qeyd edək ki, Moskvada iki gün davam edəcək 10-cu Azərbaycan-Rusiya Regionlararası forumunda Azərbaycan və Rusiyanın dövlət rəsmiləri, deputatlar, biznes dairələrinin nümayəndələri iştirak edir.
Forum Rusiyanın İqtisadi İnkişaf Nazirliyi və Azərbaycanın İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilir.
Milli.Az /news.milli.az

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib