Bayden "ABŞ demokratiyası"nı ailəsinə qurban verdi — Dünya ŞOKDA

Bayden ABŞ-ın Ağ Evi tərk edən və yerini Donald Trampa verən 46-cı prezidenti Co Bayden sonuncu qərarı ilə dünyaya şoka saldı. Bu, həm də özünü "demokrat" adlandıran Baydenin demokratiyaya sonuncu zərbəsi idi.
Bayden Ağ Evi tərk etməsinə dəqiqələr qalmış ailə üzvlərinin "əfvi" ilə bağlı qərar verdi. Bu, onun ABŞ prezidenti kimi sonuncu qərarı idi və bu imkanını Amerika xalqına yox, məhz ailəsinə sərf etməsi onun əsl simasını da ortaya çıxarır.
Baydenin qardaşı Ceyms Baydeni və həyat yoldaşı Saranı, bacısı Valeri Baydeni və əri Con T.Ouensi və digər qardaşı Frensis Baydeni əfv edib. İddia edib ki, bu qərarı "ailəsini Trampdan qorumaq" məqsədi daşıyır, halbuki, ABŞ-da "Bayden ailəsi" ilə bağlı aparılan araşdırmalar onların qaranlıq biznesə malik olduğunu, prezidentin qohumluğundan sui-istifadə edərək, qanunları pozduğunu ortaya çıxarır. Respublikaçılar tərəfindən aparılmış "Bayden ailəsinin araşdırması" ilə bağlı materiallar da bunu sübut edir.
Məlumatlara görə, Baydenin qardaşları və bacısı, eləcə də onların həyat yoldaşları Çindən tutmuş, avropanın müxtəlif ölkələrinə qədər bir çox bölgədə qeyri-legitim əlaqələrə malikdir. Onlar Baydenin prezidentliyindən istifadə edərək, qeyri-qanuni biznes qurublar və qanunları pozublar.
Bayden isə faktiki olaraq, onları əfv etməklə ABŞ prezidenti kimi vəzifə səlahiyyətlərini sui-istifadə etdi. Hərçənd ki, bu onun ilk belə addımı deyil. Bundan öncə Bayden oğlu Hanteri də həbsdən azad etmişdi. Hanter vergi qaçaqmalçılığında və xaricdə qeyri-qanuni biznesdə ittiham olunurdu, hətta silah qaçaqmalçılığı ilə məşğul olduğu haqda məlumatlar vardı. Bu ittihamlar onu onilliklər boyunca həbsə məhkum etməyə imkan verirdi. Məhkəmə Hanterlə bağlı ittihamları təsdiqləmişdi. Lakin Bayden vəzifə səlahiyyətlərindən istifadə edərək, oğlunu əfv etdi. Bununla da lazım olanda demokratiya və qanunun aliliyi prinsiplərini heçə saydığını nümayiş etdirdi.
Ağ evi tərk etməmişdən dəqiqələr öncə ailə üzvlərini əfv etməsi də demokratların lideri olan Baydenin əslində anti-demokrat olduğunu bir daha təsdiqlədi. Bu, ABŞ-ın Baydensayağı demokratiyasının sonuncu nümunəsi hesab oluna bilər.
Son 4 ildə bütün dünya Baydensayağı demokratiyanın dəfələrlə şahidi olub. Bayden Administrasiyasının demokratik prinsipləri ABŞ-ın maraqlarına qurban verdiyi, əslində demokratiyadan alət kimi istifadə etdiyi bəlli idi. Görünür ki, dünyada bu cür hərəkət edən Bayden ABŞ daxilində demokratiyanı özünün və ailəsinin maraqlarına da qurban verir./demokrataz / konkret.az

Siyasi       Tarix: 21 yanvar 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib

Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçilər

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov

Asiyada NATO-nun analoqu olan hərbi alyans yaratmaq istəyirlər. axaraz-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Asiyada NATO modelində hərbi-siyasi blokun yaradılması artı

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində


son xeberler yeni xeberler azerbaycan xeberleri qurban bayrami 2026 cəbhədən son xəbər kriminal xeberler azerbaycan