Bayden Nyu Orlean və Las Veqasdakı hücumlarla bağlı iclas keçirib
ABŞ Prezidenti Cozef Bayden Nyu Orlean (Luiziana ştatı) və Las-Veqas (Nevada) şəhərlərində baş verən hadisələrlə bağlı iclas keçirib.
azxeber.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ağ Evin Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, ABŞ Prezidenti və vitse-prezident Kamala Harris yanvarın 2-də Milli Təhlükəsizlik komandası ilə "Yeni Orleandakı terror aktının təhqiqatının gedişatını" müzakirə ediblər. Bundan əlavə, Baydenə Las-Veqasdakı "Trump International Hotel"də "Cybertruck" elektrik avtomobilinin partladılması ilə bağlı araşdırmanın son təfərrüatları barədə məlumat verilib.
Dövlət başçısı təhqiqatı mümkün qədər tez başa çatdırmaq üçün "komandasına bütün resursları ayırmağa davam etməyi" tapşırıb. Görüşdə ABŞ-nin daxili təhlükəsizlik naziri Alexandro Mayorkas, müdafiə naziri Lloyd Ostin, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Çarlz Braun, Prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan, ədliyyə katibi – baş prokuror Merrik Qarlend və hazırkı administrasiyanın digər nümayəndələri iştirak ediblər.
Aysel
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində "Məhsul bayramı" keçirildi - FOTOLAR
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı
9 ay hamilə olduğunu bilmədi, 5-ci uşağı dünyaya gətirdi