Bayden və Trampdan vacib həmlə - ABŞ istəyinə hələ də nail ola bilməyib

Bayden və Trampdan vacib həmlə - ABŞ istəyinə hələ də nail ola bilməyibMəlum olduğu kimi, Rusiya – Ukrayna müharibəsində vəziyyət getdikcə gərginləşir. Belə ki, ABŞ-nin ATACMS taktini ballistik raketlərindən Rusiya ərazilərinə zərbə icazəsindən sonra rəsmi Moskva dünyanı nüvə silahı ilə hədələyir. Hətta Almaniya başqa olmaqla, bir neçə ölkə ehtimalı nəzərə alaraq hazırlıqlar görməyə başlayıblar.
Görəsən, həqiqətənmi Rusiya nüvə silahına əl atacaq?
Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Yalçın Hacızadə qeyd etdi ki, dünya ciddi təhlükə ilə üz-üzə qala bilər:
"Rusiya – Ukrayna cəhbəsində vəziyyət daha da gərginləşib. Buna səbəb Amerika və müttəfiqlərinin Ukraynaya verdikləri raket vasitələrinin Rusiya ərazisində istifadə edilməsinə icazə oldu. Trampın ABŞ Prezidenti seçilməsi ilə dünyada, əsasən də Rusiya və Ukrayna arasında gedən müharibənin dayanacağını gözlədiyimiz halda, tam əksinə müharibə daha geniş müstəviyə yayılmaq və ağır nəticələrə səbəb olacaq astanasındadır. Hazırda Baydenin raketlərlə bağlı qərarı iki istiqamətdə şərh olunur. Bəziləri Baydenin bu qərarının Trampı pis vəziyyətə salmaq, müharibənin qarşısının ala bilməmək məqsədi ilə, digərləri isə bunun Trampla müzakirə etdiyini və onun Rusiya qarşısında əlini gücləndirmək məqsədi ilə etdiyini bildirirlər".
Müsahibim dəbunun müzakirə oldunduğunu düşünür:
"Amerikada seçkilər noyabrın 5-də keçirildi, lakin seçilən şəxs növbəti ilin yanvar ayının 20-də and içərək vəzifələrini icra etməyə başlayacaq. Noyabrın 5-dən yanvar ayının 20-dək olan 75 günlük müddətdə seçilən şəxsə dövlətin idarə olunması, ölkənin maraqları, planları, daxili və xarici siyasət, kəşfiyyat məlumatları və etiket qaydaları haqqında informasiya verilir. Hesab edirəm ki, Trampa da mövcud realıqlar və gələcək dövlət maraqları haqqında məlumat verilib və raket məsələsi də ona bildirilib. Ona görə Tramp hələ də susur. Bildirim ki, raket məsələsi qədər vacib başqa bir qərar da Rusiyaya qarşı verildi. Bu zamana qədər Rusiya banklarına qarşı sanksiyalar tədbiq edilmişdi, lakin qaz satışını davam etdirməsi üçün "Qazprombank"a qarşı tədbiq edilmirdi. Son günlər "Qazprombank" da sanksiyalarla üzləşərək, beynəlxaql bank (SWIT) sistemindən çıxarıldı. Bütün bunlar da Bayden tərəfindən Trampı pis vəziyyətə salmaq üçün yox, əksinə onun vəziyyətini daha gücləndirmək üçün edilir".
Ekspert bütün hallara baxmayaraq ABŞ-nin sistem ölkəsi olduğunu vurğuladı:
"Amerikada hakimiyyətə fərqli qüvvələr gəlsə də, məqsədləri dövlətlərini daha inkişaf etdirmək olur.  ABŞ sistem ölkəsidir, prezidentin mühüm məsələlərdə təkbaşına qərar vermək səlahiyyəti yoxdur. ABŞ hələdə Rusiya – Ukrayna müharibəsinin davam etməsini istəyir. Çünki əsas məqsədi –  Rusiyanın ona tabe olmasına çata bilməyib. Görünən odur ki, Rusiya Prezidenti Putin də Amerikanın tələsinə düşür. O da Ukrayna ərazisinə uzaqmənzilli raketlər ataraq, ABŞ-nin gələcəkdə Ukraynaya daha da uzaq məsafələri, yəni Moskva və digər şəhərləri vurmaq üçün raket verməsinə zəmin yaradır. Bütün bunlar da Rusiyanın Ukraynaya qarşı texniki nüvə silahı istifadə edə biləcəyi və Şərqi Avropada yerləşən NATO ölkələrinə zərbələr endirə biləcəyi təhlükəsini artırır. Almaniya və digər ölkələrin hazırlığı da hesab edirəm bunlara görədir".
Məlik,
KONKRET.az

Siyasi       Tarix: 26 noyabr 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

İham Əliyev İliyana Yotovanı təbrik etdi

Prezident lham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovaya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstan Respublikasının Prezident

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib. Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Aparatını

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən son xəbərlər en sonxeber qarabag cəbhədən ən son xəbər